FIFA — Electronic Arts şirkətinin studiya hissəsi olan EA Canada tərəfindən hazırlanmış futbol simulyasiya janrında bir sıra kompüter oyunlarıdır. Oyunlar EA Sports brendi altında nəşr olunur və hər il futbol dünyasında son bir ildə baş verən dəyişiklikləri əks etdirmək üçün yeni bir nəşr buraxılır. Electronic Arts, müxtəlif ölkələrin futbol liqalarından və bu çempionatlarda oynayan oyunçulardan oyunda istifadə etmək üçün çoxsaylı lisenziyalara malikdir. 2022-ci ildə EA və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) tərəfdaşlıqlarının bitdiyini elan etdilər və FIFA 23-dən sonrakı növbəti futbol simulyasiyaları EA Sports FC adlandırıldı. Fifa 23 ə qədər adlandırılırdı.

İstinadlar

Kateqoriya:1993-cü ildə tanıdılan videooyun seriyaları Kateqoriya:Electronic Arts franşizaları Kateqoriya:FİFA Kateqoriya:Kiberidman oyunları Kateqoriya:Electronic Arts oyunları