Reyhan Otabekovna Qəniyeva və ya sadəcə Reyhan (; ) — Özbək müğənnisi və aktrisası. Özbəkistan Respublikasının əməkdar artisti (2005).
Reyhan həm də mahnı müəllifidir. O, Özbəkistanda 2002-ci ildə "Baxtli boʻlaman" ("Xoşbəxt olacağam") mahnısı ilə məşhurlaşıb. Reyhan həm özbək, həm də rus dillərində mahnılar yazdırıb. Reyhan 2007-ci ildə həmmüəllifi olduğu və quruluş verdiyi Özbəkistanın "Kechir" (Bağışla) dram filmindəki baş rolu ilə Özbəkistan kino sənayesində şöhrət qazanıb. O, filmdəki oyununa görə həm kino tənqidçilərindən, həm də pərəstişkarlarından müsbət rəylər alıb. Lakin bundan sonra o, heç bir iri kino layihəsində görünməyib. Həyatı Reyhan Qəniyeva 1978-ci il sentyabrın 16-da Daşkənddə anadan olub. Atası Otabek Qəniyev tanınmış kino artisti, kino rejissoru, özbək kinosunun banisi Nəbi Qəniyevin nəvəsidir. Anası Özbəkistan SSR-in əməkdar artisti Tamara Şakirovadır.
Reyhan Qəniyevanın istedadı çox erkən yaşlarda üzə çıxıb. O, rəsm çəkməyi, oxumağı, rəqs etməyi sevirdi. Qızı istedadlı uşaqlar üçün musiqi-rəssamlıq incəsənət məktəbinə vermək qərara alındı və o, bu məktəbi 1996-cı ildə fortepiano sinfi üzrə uğurla bitirdi. Reyhan məktəbdə oxuyarkən "Yaşamaq" adlı ilk mahnısını yazıb.
9-cu sinif şagirdi olarkən Kamil Sen-Sansinin konsertlərində dirijor Zahid Haqnəzərovun rəhbərliyi altında Böyük Dövlət Simfonik Orkestri ilə fortepianoda solo partiya ifa edib. "Bahor" konsert zalındakı konsertlər silsiləsi böyük uğur qazanıb.
Sənətçi Dünya Dilləri İnstitutunun "İngilis filologiyası" ixtisasını bitirib. Üçüncü kursda o, "Xəyal" vokal duetini təşkil edib. 2000-ci ildən solo müğənni kimi karyerasına başlayıb.
2002-ci ildə Reyhan Əlişir Nəvai adına Böyük Akademik Opera və Balet Teatrında solo konsertlə çıxış edib, orada onu ilin ən yaxşı müğənnisi elan ediblər və ilk "Nihol" mükafatını təqdim ediblər. Bundan sonra o, iki dəfə həmin mükafatı alıb: 2004-cü ildə "Tarona" müsabiqəsində və 2006-cı ildə M&TVA nominasiyasında.
2003 və 2005-ci illərdə Rayhon "İn yaxşı ilin albomu" mükafatını alıb. 2007-ci ilin dekabrında sənətçinin ssenari müəllifi və baş qəhrəman qismində çıxış etdiyi eyniadlı filmdən olan "Kechir" (Bağışla) mahnısı ilin ən yaxşı saundtreki elan edilib. 2009-cu ildə Rayhon "M&TVA" mükafatını "İlin ən yaxşı mahnısı" nominasiyasında qazanıb.
2012-ci il fevralın 22-də sənətçinin anası Tamara Xalimovna Şakirova vəfat edib.
2012-ci ilin dekabrında Rayhon yenidən "M&TVA" mükafatının "İlin ən yaxşı müğənnisi" nominasiyasına layiq görülüb. Bundan bir qədər əvvəl, 2012-ci il noyabrın 16-da "Versal" restoranında müğənninin toyu olub. Daşkənd Teatr İnstitutunun tələbəsi, gənc aktyor Yigitəli Mamadjanovla ailə qurub. Tədbirə özbək estradasi və kinosunun bir çox ulduzları dəvət olunmuşdu.
Çox keçmədən Reyhan əkiz uşaq anası oldu: İslam və İmran. 2015-ci ildə cütlük boşanmaq üçün ərizə verdi.
2016-cı ildə internet şəbəkələrində Reyhanın Fərhad Alımovla münasibətdə olması haqqında məlumat peyda oldu. Həmin ilin payızında cütlük "nikah" mərasimi keçirdi, bundan sonra yeni evlənənlər Birləşmiş Ərəb Əmirliklərinə bal ayı səyahətinə yola düşdülər.
Mükafatları Reyhan Qəniyeva karyerası ərzində bir neçə mükafat alıb. Özbəkistanda uğurlu sənətçilərə verilən illik "Nihol" mükafatını o, ilk dəfə 2002-ci ildə əldə edib. Elə həmin il Reyhan Özbəkistanın musiqi sənayesində görkəmli nailiyyətlərə görə verilən "Tarona" mükafatını "Ən yaxşı qadın müğənni" nominasiyasında qazanıb. O, həmin mükafatı 2004-cü ildə yenidən qazanıb.
Reyhan Qəniyevanın "Baxtli boʻlaman" albomu müsbət rəylər alıb və 2003-cü ildə müğənniyə "İlin ən yaxşı albomu" nominasiyasında "Tarona" mükafatı qazandırıb. 2005-ci ildə isə Reyhan "Faqat muhabbat" albomuna görə növbəti dəfə "Ən yaxşı albom" üzrə "Tarona" mükafatına layiq görülüb.
Konsertləri 2002-ci ildən etibarən (hamiləlik səbəbindən 2003, 2014-cü illər və 2019-cu il istisna olmaqla) konsertlər hər il fevral ayında "İstiqlol" Sarayında keçirilir. Reyhan Qəniyeva həmçinin Rusiya, Çin, Qazaxıstan, Türkiyə və dünyanın digər ölkələrində də konsertlər vermişdir. Müğənni öz mahnıları və hitləri ilə yanaşı, Özbəkistan müğənniləri ilə də duetlər ifa edir. Yeni studiya albomunun premyerası Reyhan Qəniyevanın konsertləri çərçivəsində baş tutur. Əvvəlcə albom birbaşa "İstiqlol" Sarayının özündə satışa çıxarılır, konsertlərdən sonra isə ölkə mağazalarında və "iTunes Store"da peyda olur. Parlaq şou nömrələrini müğənninin xoreoqrafı Elya Mulikova qoyur. 2015-ci ildən etibarən "Proart" şirkəti konsertlərin təşkilatçısıdır.
2012-ci ildə (konsertlərin keçirilməsinin onuncu ilində) müğənninin "Sevgi... Bu nədir?" adlı yubiley konserti keçirildi. Konsertin keçirilmə tarixinə bir gün qalmış müğənninin anasının səhhəti ilə əlaqədar olaraq tədbir təxirə salındı. Növbəti 3 gün ərzində konsertlər uğurla baş tutdu; burada 5 müğənni ilə duetlər oxundu və fəvvarə-şou təşkil olundu.
2013-cü ildə "Oyijon" konserti müğənninin anası – Özbəkistanın əməkdar artisti Tamara Şakirovanın (2012-ci ildə vəfat etmişdir) xatirəsinə həsr olunmuşdu. Hazırlıq işləri ilə əlaqədar olaraq konsert aprel ayında keçirildi. Pop-diva səhnəyə yapon üslubunda obrazda çıxmış və anasına həsr olunmuş mahnı ifa etmişdi. Həmin konsertdə Reyhanın keçmiş həyat yoldaşı ilə anqo rəqsi, həmçinin uçuş səhnələri nümayiş etdirilmişdi. Növbəti il müğənni hamiləlik səbəbindən konsert verə bilmədi.
2015-ci ildə konsertin adı yox idi, lakin o, "İzlama" albomunun dəstəyi ilə keçirilirdi. Müğənni həmişə konsertini buraxıldığı ilin albomu ilə eyni adlandırır. Konsertin əsas mövzusu "Kinematoqrafiya" idi. Konsert lazer şousunun müşayiəti ilə 5 hissəyə bölünmüşdü: birinci hissə – retro filmlər haqqında, ikinci hissə triller janrında, daha sonra milli film, melodram və müasir kinematoqrafiya təqdim olundu. Konsertdə müğənninin hitləri, eləcə də yeni mahnıları səsləndi. Qonaqlar arasında Reyhanın duet oxuduğu müğənni Lola Yoldaşova və "Bolalar" qrupunun solisti Tohir Sodiqov var idi. Lolanın qırmızı paltardakı obrazı tənqidçilərdən mənfi rəylər aldı, nəticədə obraz ətrafında qalmaqallı müzakirələr baş verdi və müğənni Lola ifaçılıq lisenziyasını müvəqqəti olaraq itirdi, lakin sonradan onu geri qaytarmağa nail oldu.
2015-ci ilin dekabrında Reyhan 2016-cı ilin fevral ayına nəzərdə tutulmuş 5 konsert barədə elan etdi. Afişalar üzərində iş tamamlandıqdan sonra təşkilatçılara şəhərdə zəncir təsvirlərinə görə afişaların dərc olunmasına icazə verilmədi (www.sayyod.com saytının məlumatına görə). Afişalar dəyişdirildi və dərc olundu, konsert baş tutdu. Yeni mahnılar ifa olundu, köhnə hitlər yeni aranjimanda səsləndi. Konsert zamanı müğənninin obrazları tez-tez dəyişirdi: Reyhan səhnəyə əvvəlcə müvafiq dekorasiyalar fonunda Misir kraliçası görkəmində, daha sonra qanqster qız obrazında və digər görkəmlərdə çıxdı. Konsert "Dilimo" hiti ilə başa çatdı və bu zaman səhnə ekranında mahnının pərəstişkarlar və məşhurlar tərəfindən ifası nümayiş etdirildi. Həmin il konsertdə yeni albom təqdim olunmadı – müğənni sosial şəbəkələrdə albomun bir ildən sonra buraxılacağını bildirdi. Tənqidçilər konserti müsbət qiymətləndirərək ifaçının orijinal üslubunu qeyd etdilər. Lakin sosial şəbəkələrdə digər məşhurların çıxış elementlərinin kopyalanması məsələsi müzakirə olunurdu. 2002 — "Baxtli bo'laman" — "Xoşbəxt olacağam", Əlişir Nəvai adına Bolşoy Opera və Balet Teatrı 2004 — "Sevgilim" — "Sevgilim", Xalqlar Dostluğu Sarayı 2005 — "Faqat muhabbat" — "Yalnız məhəbbət", Xalqlar Dostluğu Sarayı 2006 — "Yolg’izim" — "Tək-tənham", Xalqlar Dostluğu Sarayı 2007 — "Sog’indim" — "Darıxmışam", Xalqlar Dostluğu Sarayı 2008 — "Doimo" — "Həmişə", Xalqlar Dostluğu Sarayı 2009 — "Orzuingga ishon" — "Arzuna inan", Xalqlar Dostluğu Sarayı 2010 — "Tabassum qil" — "Gülümsə", Xalqlar Dostluğu Sarayı 2011 — "Sevaveraman" — "Sevməyə davam edəcəyəm", Xalqlar Dostluğu Sarayı 2012 — "Sevgi… bu nima?" — "Sevgi... bu nədir?", Xalqlar Dostluğu Sarayı 2013 — "Oyijon" — "Ana", Xalqlar Dostluğu Sarayı 2015 — "RayhonShow 2015", Xalqlar Dostluğu Sarayı 2016 — "RayhonShow 2016", Xalqlar Dostluğu Sarayı 2017 — "RayhonShow 2017", Xalqlar Dostluğu Sarayı 2018 — "Hamma jam" — "Hamı yığışıb", Xalqlar Dostluğu Sarayı 2020 — "Mayli manda", Xalqlar Dostluğu Sarayı 2023 — "Qalbim sirlari haqida", HUMO Arena, (14 oktyabr) təxirə salınıb 2024 — "Qalbim sirlari haqida", Xalqlar Dostluğu Sarayı (19, 20, 21 yanvar)
Diskoqrafiyası Studiya albomları Reyhan Qəniyevanın 15 studiya albomu var. Sensiz (2001) Baxtli boʻlaman (2002) Sevgilim (2004) Faqat muhabbat (2005) Yodingdami? (2006) Sogʻindim (2007) Doimo (2008) Orzuinga ishon (2009) Tabassum qil (2010) Sevaveraman (2011) Sevgi bu nima? (2012) Oyijon (2013) Izlama (2015) Tomchi (2018) Mayli manda (2020) Klipləri İl Adı Rejissor2000 "Azoblaysan"2002 "Baxtli boʻlaman" "Bila turib"2004 "Faqat muhabbat" 2005 "Hech ayrilma" Jasur Shametov "Men nechun yaraldim?" "Qaytolmayman" Jasur Shametov2006 "Aytolmayman" "Intilib yashayman" Yodgor Nosirov "Xoʻp mayli" Jasur Shametov "Yodingdami?" Jasur Shametov "Yolgʻizim" 2007 "Baka-bang" "Izlaysan" "Oʻrtamizda" "Sen ketding" "Seni deb" "Sogʻindim"2008 "Afsus" "Doimo" "Netay" "Yor-yor" Yodgor Nosirov2009 "Nega?" "Oruzinga ishon" Yodgor Nosirov "Yalola" (featuring Bojalar) "Yonimda boʻlsang" 2010 "Bombey" Yodgor Nosirov "Javob bergin" "Men bu — men" (featuring Manzura) "Sen bilan" "Sevaveraman" "Tabassun qil" "U meniki" 2011 "Baxtli kunlar" "Bilmagandim" "Ishonmay" "Seni deya" "Sumbula" "Yurak uradi"2012 "Nega endi?" "Unutaman" Rustam Murodov "Прости"2013 "Aldangan yurak" "Oyijon" "Qani?" Nozim Jumayev "Qayerdasan?" "Samodan" "Soʻnggi nafas" "Yuragimdasan" Jasur Shametov "Yuragimdasan" (remix) Jasur Shametov "Мама"2014 "Asalim mani" "Izlama" Jasur Shametov "Ne boʻlar?" Davlat Arabshoyev Xusan Solihov "Soʻnaman"2015 "Dilimo" Yodgor Nosirov "Kelinchak" "Parvoz etay" Jasur Shametov "Koʻnikmadim" (featuring Lola Yoldaşova) Jasur Shametov2016 "Javob ber" "Yolgʻizlikda" "Tabib" Yodgor Nosirov "Habibi" "Xalos et" Yodgor Nosirov "Namaste" Nozim Jumayev2017 "Olib ket" "Bor yoki yoʻq" (featuring Munisa Rizayeva) "Aldamagin" (featuring Bojalar) "Vatan" "Unutolaman" "Hamma jam" 2018 "Tomchi" "Yurak" ("Tomchi Part II") "Ajabo" "Mayli manda"2019 "Armondan soʻra" "Ayt, nega?" "Yolgʻonmi?" "Alda" "Yig'lama qizaloq"
Filmoqrafiyası Aktrisa kimi + Film İl Film Rol Qeydlər1980 Ленинградцы, дети мои... (The Residents of Leningrad, My Children...) Rayhon. Khadicha's daughter 2000 Tohir va Zuhra yangi talqin (Tohir and Zuhra (New Interpretation)) Zuhra Musical2006 Yangi yil parisi (A New Year's Beauty) Herself Musical Voy dod sumalak (Damn, Samanu!) Herself Musical2007 Kechir (Forgive Me) Samira 2010 Ada emas, dada! Tohir va Zuhra 2 yangi talqin (Tohir and Zuhra 2 (New Interpretation)) Zuhra/Herself Musical2011 Gʻaroyib orzular (Interesting Dreams) Herself Musical2016 Sharofatxonning kelinlari yoxud Navroʻz muborak (Sharofatxon's Daughters-in-Law or Happy Nowruz) Herself Musical2017 Sayl (Stroll) Herself Musical
+ Televiziyada İl Adı Rol Qeydlər1999 Zanjir (The Chain) Nargiza Episodes 3, 4, 5, 6, and 7 2018Joanna Lumley’s Silk Road AdventureSelfEpisode 4
+ Kliplərdə rolları İl Mahnının adı Artist kimi2000 "Nozlaringdan"Ulugʻbek Otajonov2010 "Yengilaman"Manzura
Rejissor kimi İl Film Qeydlər2007 Kechir (Forgive Me)
Ssenari müəllifi İl Film Qeydlər2007 Kechir (Forgive Me)
İstinadlar
Xarici keçidlər
Официальный сайт певицы Официальный фан-сайт певицы Официальный канал Райхон в Youtube Официальный канал певицы в Mytube Официальная страничка певицы в Инстаграме Официальная страничка певицы в Фейсбуке Официальный микроблог певицы в Твиттере Официальная страничка певицы в Myspace Официальный канал Райхон в Telegram
Kateqoriya:Özbəklər Kateqoriya:Özbəkistan musiqiçiləri Kateqoriya:Özbəkistan müğənniləri Kateqoriya:Əməkdar artistlər Kateqoriya:Özbəkistan aktrisaları Kateqoriya:Özbəkistanın əməkdar artistləri