Badenli Luiza Mariya Avqusta (; ) — Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi, Rusiya imperatriçası.
24 yanvar 1779-cu ildə Karlsruedə dünyaya gəldilər. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu vəliəhd-şahzadə Karl Lüdovik, anası isə Hessen-Darmştadt landqrafı IX Lüdovikin qızı Amaliyadır. Mükəmməl saray təhsili aldı. Fransız və alman dillərini öyrəndi.
Rusiya imperatriçası Böyük Yekaterina nəvəsi olan çareviç Aleksandr üçün gəlin namizədi axtarmaqda idi. İlk namizədləri isə məhz Luiza və bacısı Frederika oldu. Bu münasibətlə çariça 1792-ci ilin payızında hər iki qızı analarıyla birgə Sankt-Peterburqa dəvət etdi.
Nəhayət, Luiza və çareviç Aleksandrın nişanı 1793-cü ilin mayında elan olundu. Pravoslav məzhəbinə keçdi və adını Yelizaveta Alekseyevna olaraq dəyişdirdi. Cütlüyün toy mərasimi 28 sentyabr 1793-cü ildə baş tutdu. Cütlüyün bu nigahdan 2 qızı doğulsa da, bunlar yetkinlik yaşına çata bilmədi.
Mariya Alekseyevna (1799-1800) Yelizaveta Alekseyevna (1806-1808)
Mənbə
Ədəbiyyat
Bergamini, John. The Tragic Dynasty: A History of The Romanovs. Konecky&Konecky. ISBN 1-56852-160-X Lincoln, W. Bruce. The Romanovs: Autocrats of All the Russias. Anchor. ISBN 0-385-27908-6 Rey, Marie-Pierre. Alexander I: The Tsar Who Defeated Napoleon. Northern Illinois University Press. ISBN 0875804667 Troyat, Henri. Alexander of Russia. E.P Dutton, Inc. ISBN 0-525-24144-2 Troyat, Henri. Catherine the Great. Plume. ISBN 0-452-01120-5
İstinadlar
Kateqoriya:Gündəlik müəllifləri Kateqoriya:XIX əsr qadınları Kateqoriya:XVIII əsr şəxsləri Kateqoriya:Almanlar Kateqoriya:İmperatriçalar