Stefaniya Lüdovika Adriana de Boharne (; ; ) — Napoleon Bonapartın övladlıq qızı, Böyük Baden hersoginyası.

28 avqust 1789-cu ildə Versalda dünyaya gəldi. Atası fransız siyasətçi Klod de Boharne, anası isə onun ilk xanımı Klodina de Lezaydır. Hələ 2 yaşında anası vəfat etdi və 1799-cu ildə atası yenidən evləndi.

Atasının əmisi oğlu Aleksandr de Boharne Napoleon Bonapartın xanımı Jozefina Boharnenin ilk əri idi və onun ölümündən sonra onun övladlarıyla birlikdə digər bütün Boharne övladları Bonapartların himayəsinə alınmışdı. Napoleon Bonapartın 1804-cü ildə hakimiyyətə gəlməsinin ardından monarx ailəsinin ən mühüm üzvünə çevrildi. Beləcə, siyasi məqsədlərlə, 8 aprel 1806-cı ildə Parisdə Böyük Baden hersoqu Karl Fridrixin nəvəsi və varisi vəliəhd-şahzadə Karlla evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Lüdovika Amaliya (1811-1854) Ölü doğulan oğlan uşağı (29 sentyabr 1812) Jozefina (1813-1900) Aleksandr (1816-1816) Mariya Amaliya (1817-1888)

Ərinin 1811-ci ildə taxta çıxmasından sonra Böyük Baden hersoginyası ünvanı aldı. Ancaq ərinin qısa zaman sonra - 1818-ci ildə vəfat etməsiylə dul qaldı və qalan illərini 3 qızının təlim-tərbiyəsi və evlənmə planlarıyla keçirdi. 1860-cı ildə Nitsada vəfat etdi.

Mənbə

Ədəbiyyat

Friedrich Walter: Stephanie Napoleon. Lebensweg und Weggenossen, 1789–1860. Knapp, Baden-Baden 1949. Rudolf Haas: Stephanie Napoleon. Grossherzogin von Baden. Ein Leben zwischen Frankreich und Deutschland 1789–1860. 2., überarbeitete Auflage. Suedwestdeutsche Verlagsanstalt, Mannheim 1978, ISBN 3-87804-063-6. Rosemarie Stratmann-Döhler: Stephanie Napoleon, Grossherzogin von Baden. 1789–1860. Badisches Landesmuseum, Karlsruhe 1989, ISBN 3-923132-16-6 (Ausstellungskatalog anlässlich der 200. Wiederkehr ihres Geburtstages, Karlsruhe, Schloss, Badisches Landesmuseum, 29. April bis 30. Juli 1989).

İstinadlar

Kateqoriya:Almanlar Kateqoriya:Fransızlar Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XVIII əsr Fransa şəxsləri Kateqoriya:Qadın şahzadələr Kateqoriya:XIX əsr Fransa şəxsləri Kateqoriya:XIX əsr qadınları Kateqoriya:Napoleon Bonapart Kateqoriya:Paris şəxsləri