Yunan və Danimarkalı Teodora (; ; ) — Yunanıstan kralı I Georqun nəvəsi, Baden markqrafinyası.

Həyatı 30 may 1906-cı ildə Afinada dünyaya gəldi. Atası Yunanıstan kralı I Georqun oğlu Şahzadə Endryu, anası isə Batterberq şahzadəsi Alisadır. Uşaqlıq illəri Afina və Korfudakı ailə mülklərində keçdi. İngiliscə, fransızca, almanca və yunanca öyrəndi. Ancaq Yunanıstandakı inqilabi hərəkat səbəbilə, gənclik illərini Avropanın müxtəlif yerlərində keçirdi. Belə ki, Balkan müharibələri, Birinci Dünya müharibəsi və Yunanıstan-Türkiyə müharibəsinin ardından bütün ailəsiylə birlikdə öncə İsveçrəyə, ardından Fransa və Britaniyaya sürgünə göndərildi. Sürgündə ikən əmisi arvadı Mariya Bonapart və dayısı Luiz Mauntbettenin yardımıyla yaşadılar. Sürgün illərində ailəsi parçalandı. Anası 1930-cu ildə şizofreniya diaqnozuyla İsveçrədəki bir sanatoriyaya qapadıldı. Atası isə qalan ömrünü Parisdəki məşuqələriylə keçirdi.

1931-ci ilin iyununda Baden ailə başçısı Şahzadə Bertoldla nişanlandı. Üstəlik, seçilən bəy namizədi də özü kimi Danimarka kralı IX Kristianın nəticədi idi. Cütlüyün toy mərasimi 17 avqust 1931-ci ildə Baden-Badendə baş tutdu. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Marqarita (1932-2013) Maksimilyan (1933-2022) Lüdviq (1937-)

Bacılarından fərqli olaraq, Nasist partiyasından uzaq qalsa da, ərinin Vermaxt ordusuna qatılmasına mane ola bilmədi. İkinci Dünya müharibəsi illərində bir çox yaxın ailə üzvünü itirdi. Müharibənin ardından Amerikalılar işğal bölgəsində qalan Teodora və ailəsinin canlarını xilas edə bildilər. Ancaq Adolf Hitlerə və nasist partiyasına yaxınlığı səbəbilə digər ailə fərdləri tərəfindən təcrid edildilər. 1947-ci ildə qardaşının Britaniya vəliəhdi Şahzadə Elizabetlə baş tutan toy mərasiminə çağırılmadı. Ancaq 1946-cı ildə Yunanıstanda monarxiyanın bərpası hər şeyi dəyişdi. Şahzadə Teodora və əri Şahzadə Bertold Afinaya bir neçə dəfə dəvət edildi. 1950-ci illərdə Britaniya monarx ailəsiylə olan münasibətləri də normallaşdı. Belə ki, qardaşı arvadı II Elizabetin tacqoyma mərasiminə qatıldılar.

Əri Şahzadə Bertold 1963-cü ildə avtomobil sükanında ikən yaşadığı ürək çatışmazlığı səbəbilə vəfat etdi. Özü isə 16 oktyabr 1969-cu ildə Konstanzda vəfat etdi.

Qalereya

Mənbə

Ədəbiyyat

İstinadlar