thumb|2,5 düym Serial ATA bərkcisimli disk (Samsung 870 QVO 8TB) Bərkcismli yaddaş qurğusu () və ya BYQ () – məlumatları davamlı şəkildə saxlamaq üçün inteqral sxemlərdən istifadə edən bərkcismli yaddaş qurğusu növüdür. O, hərdən yarımkeçirici yaddaş qurğusu, bərkcismli cihaz və ya bərkcismli disk də adlandırılır. Etimoloji cəhətdən "bərkcismli yaddaş qurğusu" ifadəsi qismən lentli yaddaş qurğuları və bərk disklər kimi mexaniki olaraq hərəkət etdirilən saxlayıcı mühitdən istifadə edən mövcud məlumat saxlama qurğularına istinad edir.

BYQ-lər məlumatları yaddaş yuvalarında saxlamaq üçün adətən NAND flaş olan qeyri-ixtiyari yaddaşa əsaslanır. BYQ-lərin məhsuldarlığı və dözümlülüyü hər yuvada saxlanılan bitlərin sayından asılı olaraq dəyişir — bu göstərici yüksək məhsuldarlıqlı birsəviyyəli yuvalardan (SLC) daha əlçatan, lakin daha yavaş dördsəviyyəli yuvalara (QLC) qədər uzanır. Flaş əsaslı BYQ-lərə əlavə olaraq, 3D XPoint kimi digər texnologiyalar fərqli məlumat saxlama mexanizmləri vasitəsilə daha yüksək sürət və daha çox dözümlülük təqdim edir.

Ənənəvi sərt disklərdən fərqli olaraq, bərkcismli yaddaş qurğularının hərəkət edən mexaniki hissələri yoxdur. Bu da onlara daha sürətli məlumat əldəetmə sürəti, aşağı gecikmə vaxtı, fiziki zərbələrə qarşı yüksək davamlılıq, daha az enerji sərfiyyatı və səssiz işləmə imkanı verir.

Tez-tez sistemə bərk disklərlə eyni qaydada qoşulan bu qurğular fərdi kompyuterlər, korporativ serverlər və mobil cihazlar da daxil olmaqla müxtəlif avadanlıqlarda istifadə olunur. Lakin gigabayt başına düşən dəyər baxımından BYQ-lər ümumilikdə daha bahalıdır və müəyyən sayda məhdud yazma dövrünə sahibdir ki, bu da zamanla məlumat itkisinə gətirib çıxara bilər. Bu məhdudiyyətlərə baxmayaraq, xüsusilə yüksək məhsuldarlıq tələb olunan sahələrdə və bir çox istehlakçı cihazlarında əsas yaddaş kimi BYQ-lər bərk diskləri sıxışdırıb çıxarmaqdadır.

BYQ-lər müxtəlif forma faktorlarında və bir-birindən fərqli məhsuldarlıq səviyyələri təklif edən SATA, PCIe və NVMe daxil olmaqla müxtəlif interfeys tiplərində təqdim olunur. Bərkcismli hibrid disk kimi hibrid yaddaş həlləri isə təmiz BYQ-lərə nisbətən daha aşağı xərclə yüksək məhsuldarlıq təmin etmək üçün BYQ və bərk disk texnologiyalarını özündə birləşdirir.

İstinadlar

Kateqoriya:İnformasiya daşıyıcıları Kateqoriya:Kompüter yaddaş cihazları Kateqoriya:XX əsrin ixtiraları Kateqoriya:Yaddasaxlama qurğusu