Beynəlxalq dəniz hüququ — dəniz məkanlarının rejimini müəyyən edən və dünya okeanından istifadə məsələləri üzrə dövlətlər arasındakı münasibətləri tənzimləyən prinsiplər və hüquq normalarının məcmusu. Hazırda beynəlxalq dəniz hüququnun normalarının əksəriyyəti 1982-ci il BMT-nin Dəniz hüququ haqqında Konvensiyasında birləşdirilmişdir. Bu sahəyə aid müddəaları özündə əks etdirən bütün digər beynəlxalq müqavilələr (o cümlədən ikitərəfli və regional sazişlər) əsasən Konvensiyanın normalarını tamamlayır və ya konkretləşdirir.

Subyektlər Beynəlxalq dəniz hüququnun subyektləri beynəlxalq hüququn subyektləri, yəni dövlətlər və beynəlxalq hökumətlərarası təşkilatlardır.

Mənbələr Uzun müddət beynəlxalq dəniz hüququnun yeganə mənbəyi adətlər olmuşdur.

Hazırda beynəlxalq dəniz hüququnun əsas mənbəyi 1982-ci il BMT-nin Dəniz hüququ haqqında Konvensiyasıdır.Конвенция вступила в силу 16 ноября 1994 года

Beynəlxalq dəniz hüququ sahəsində beynəlxalq münasibətlər aşağıdakı konvensiyalarla da tənzimlənir:

1958-ci il Cenevrə konvensiyaları; 1974-cü il Dənizdə insan həyatının mühafizəsi haqqında Beynəlxalq Konvensiya (SOLAS-74); Gəmilərdən çirklənmənin qarşısının alınması haqqında Beynəlxalq Konvensiya (MARPOL 73/78); Dənizdə axtarış və xilasetmə haqqında Beynəlxalq Konvensiya (SAR-79); Yük nişanı haqqında Beynəlxalq Konvensiya (KGM); Beynəlxalq dəniz gəmiçiliyində rəsmiləşdirmələrin sadələşdirilməsi haqqında Konvensiya (FAL-65); Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı qanunsuz aktlarla mübarizə haqqında Konvensiya (SUA-88); Əmlakın xilas edilməsi haqqında Beynəlxalq Konvensiya (SALVAGE-89); Neftlə çirklənmə nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət haqqında Beynəlxalq Konvensiya (CLC-69); Gəmilərin ölçülməsi haqqında Beynəlxalq Konvensiya (KOS-69) (TONNAGE-69); Beynəlxalq Əmək Təşkilatının konvensiyaları (BƏT KONVENSİYALARI); Təhlükəsizliyin idarə edilməsi haqqında Beynəlxalq Məcəllə (ISM Code); Təhlükəli yüklərin dəniz yolu ilə daşınması haqqında Beynəlxalq Məcəllə (IMDG Code); Maye halında təhlükəli kimyəvi yüklər daşıyan gəmilərin konstruksiyası və avadanlığı haqqında Beynəlxalq Məcəllə (IBC Code); Maye halında mayeləşdirilmiş qazlar daşıyan gəmilərin konstruksiyası və avadanlığı haqqında Beynəlxalq Məcəllə (IGC Code); Yüksəksürətli gəmilərin təhlükəsizliyi haqqında Beynəlxalq Məcəllə (HSC Code); Ticarət gəmiləri üçün axtarış və xilasetmə üzrə rəhbərlik, 1995-ci il (MERSAR-95); Aviasiya və dəniz axtarış və xilasetmə üzrə Beynəlxalq rəhbərlik (IAMSAR); Dənizin tullantı və digər materialların atılması yolu ilə çirkləndirilməsinin qarşısının alınması haqqında Konvensiya 1972-ci il; Dənizçilərin hazırlanması, diplomlaşdırılması və növbə çəkməsi haqqında Beynəlxalq Konvensiya 1978-ci il; Dənizdə gəmilərin toqquşmasının qarşısının alınması üzrə beynəlxalq qaydalar haqqında Konvensiya 1972-ci il; 1959-cu il Antarktida haqqında Müqavilə

və bir çox digər sənədlərlə.

Çoxtərəfli müqavilələrlə yanaşı, dövlətlər dəniz fəaliyyəti ilə bağlı müxtəlif məsələlər üzrə lokal ikitərəfli və çoxtərəfli müqavilələr də bağlayırlar:

Baltik dənizində və boğazlarında balıqçılıq və canlı ehtiyatların qorunması haqqında 1973-cü il Konvensiyası; Baltik dənizi rayonunun dəniz mühitinin mühafizəsi haqqında Konvensiya 1974-cü il; Atlantik okeanının şimal-şərq hissəsində balıqçılıq haqqında 1980-ci il Konvensiyası; Qara dənizin çirklənmədən mühafizəsi haqqında Konvensiya 1992-ci il; Antarktikanın dəniz canlı ehtiyatlarının mühafizəsi haqqında 1980-ci il Konvensiyası; Xəzər dənizinin dəniz mühitinin mühafizəsi haqqında 2003-cü il Konvensiyası.

Beynəlxalq dəniz hüququnun prinsipləri

Açıq dəniz azadlığı prinsipi Bu prinsip beynəlxalq dəniz hüququnun ən qədim prinsiplərindən biridir. Onun təsvirini hələ H. Qrotsiy 1609-cu ildə yazdığı «Mare liberum» əsərində vermişdir. Bu gün BMT-nin Dəniz hüququ haqqında Konvensiyasına əsasən prinsip belə ifadə olunur: «Heç bir dövlət açıq dəniziN və ya onun hər hansı hissəsinin öz suverenliyinə tabe etdirilməsini tələb edə bilməz» (89-cu maddə); açıq dəniz həm dənizə çıxışı olan, həm də dənizə çıxışı olmayan bütün dövlətlər üçün açıqdır. Açıq dəniz azadlığına aşağıdakılar daxildir:

gəmiçilik azadlığı; uçuş azadlığı; boru kəmərləri və kabellərin çəkilməsi azadlığı; süni adalar və digər qurğular inşa etmək azadlığı; balıqçılıq azadlığı; elmi tədqiqat azadlığı.

Bundan əlavə, açıq dənizin dinc məqsədlər üçün istifadə edilməli olduğu müəyyən edilir.

Açıq dənizdə dövlətin öz bayrağını daşıyan gəmilər üzərində müstəsna yurisdiksiyası prinsipi Dəniz hüququ haqqında Konvensiyanın 92-ci maddəsinə əsasən, açıq dənizdə ticarət gəmisi öz bayrağı dövlətinin müstəsna yurisdiksiyasına tabedir və onun qanuni fəaliyyətinə aşağıdakı hallar istisna olmaqla heç kim müdaxilə edə bilməz:

gəmi piratçılıqla məşğuldursa; gəmi qul ticarəti ilə məşğuldursa; gəmi icazəsiz yayım həyata keçirirsə, yəni beynəlxalq qaydaları pozaraq əhali tərəfindən qəbul edilməsi nəzərdə tutulan radio və televiziya proqramlarını ötürürsə (fəlakət siqnalları istisna olmaqla). Bu halda gəmini həbs etmək və avadanlığı müsadirə etmək hüququna malikdir: gəminin bayrağı dövləti; yayım qurğusunun qeydiyyatda olduğu dövlət; yayımı həyata keçirən şəxsin vətəndaşı olduğu dövlət; yayımların qəbul edilə bildiyi istənilən dövlət; belə yayımın müdaxilə yaratdığı, yayımı sanksiyalaşdırılmış rabitə dövlətinin özü.

gəminin dövlət mənsubiyyəti yoxdursa (bayraqsız üzürsə); gəmi bayraqsız və ya xarici dövlətin bayrağı altında üzürsə, lakin faktiki olaraq onu saxlayan hərbi gəminin dövlət mənsubiyyəti ilə eyni dövlət mənsubiyyətinə malikdirsə.

Dünya okeanından dinc istifadə prinsipi Beynəlxalq dəniz hüququnun digər mühüm prinsipi Dünya okeanından dinc istifadə prinsipidir. Bu prinsip mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güc tətbiqi ilə hədələməmək prinsiplərindən irəli gəlir. Buna uyğun olaraq, dəniz məkanlarından yalnız dinc məqsədlər üçün istifadə edilməlidir.

Dövlətlərin daxili dəniz suları və ərazi dənizi üzərində suverenliyi prinsipi

Dəniz mühitinin mühafizəsi prinsipi Başqa cür: dəniz mühitinin çirklənməsinin qarşısının alınması prinsipi. İlk dəfə 1954-cü il Neftlə dənizin çirklənməsinin qarşısının alınması haqqında Beynəlxalq Konvensiyada gəmilərdən neft axıdılmasının qadağan edildiyi zonaların müəyyən edilməsi formasında təsbit edilmişdir.

Hərbi gəmilərin immuniteti prinsipi Prinsip belədir: kommersiya məqsədləri üçün istifadə edilməyən hərbi və digər dövlət gəmiləri immunitetə malikdir. Buna məhdudiyyət xarici dövlətin ərazi sularından dinc keçid qaydalarının pozulması hallarıdır. Bu dövlətin hakimiyyət orqanları belə gəmilərdən öz ərazi sularını dərhal tərk etməyi tələb edə bilərlər. Dinc keçid qaydalarının pozulması nəticəsində hərbi gəminin vurduğu hər hansı zərərə görə beynəlxalq məsuliyyəti bayraq dövləti daşıyır.

1982-ci il BMT-nin Dəniz hüququ haqqında Konvensiyası 1970-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası milli yurisdiksiyanın hüdudlarından kənarda yerləşən dənizlərin və okeanların dibinin ehtiyatlarını «bəşəriyyətin ümumi irsi» elan edən qətnamə qəbul etmişdir; bu ehtiyatları heç bir dövlət və ya şəxs mənimsəyə bilməz.

1973-cü ildə Assambleya Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ üzrə üçüncü Konfransını çağırmış və bu Konfransın fəaliyyətinin nəticəsi olaraq 1982-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası qəbul edilmişdir. 1994-cü ildə Konvensiyanın XI hissəsinin həyata keçirilməsi haqqında əlavə Saziş qəbul edilmişdir. Konvensiya və Saziş müvafiq olaraq 16 noyabr 1994-cü ildə və 28 iyul 1998-ci ildə qüvvəyə minmişdir.

Hazırda Konvensiya 168 dövlət tərəfindən imzalanmış və 150 dövlət tərəfindən ratifikasiya edilmişdir.

BMT-nin Dəniz hüququ haqqında Konvensiyası aşağıdakı beynəlxalq hüquq institutlarının normativ tənzimlənməsini nəzərdə tutur:

ərazi dənizi və bitişik zona; Beynəlxalq gəmiçilik üçün istifadə olunan boğazlar; Arxipelaq suları; Müstəsna iqtisadi zona; Kontinental şelf; Açıq dəniz; Beynəlxalq dəniz dibi rayonu.

Dənizə çıxışı olmayan dövlətlərin hüquqları 1982-ci il BMT-nin Dəniz hüququ haqqında Konvensiyası dənizə çıxışı olmayan, yəni dəniz sahili olmayan dövlətlər üçün müəyyən hüquqlar müəyyən edir:

Belə dövlətlər Konvensiyada nəzərdə tutulan hüquqların, o cümlədən açıq dəniz azadlığına və bəşəriyyətin ümumi irsinə aid hüquqların həyata keçirilməsi məqsədilə dənizə və dənizdən çıxış hüququna malikdirlər. Bu məqsədlə onlar tranzit dövlətlərin ərazilərindən bütün nəqliyyat vasitələri ilə tranzit azadlığından istifadə edirlər.См. статью 125 Конвенции по морскому праву 1982 года Bununla belə, tranzit hərəkəti konkret olaraq bu hərəkətlə əlaqədar göstərilən xidmətlərə görə tutulan rüsumlar istisna olmaqla, heç bir gömrük rüsumuna, vergiyə və ya digər ödənişə cəlb edilmir.См. статью 127 Конвенции по морскому праву 1982 года Tranzit dövlətləri tranzit hərəkətində ləngimələrin və ya texniki xarakterli digər çətinliklərin qarşısını almaq məqsədilə bütün müvafiq tədbirləri görməlidirlər.См. статью 130 Конвенции по морскому праву 1982 года Dənizə çıxışı olmayan dövlətlərin bayrağı altında üzən gəmilər dəniz limanlarında digər xarici gəmilərə verilən rejimlə eyni rejimdən istifadə edirlər.См. статью 131 Конвенции по морскому праву 1982 года

Maraqlı faktlar

Dəniz mübahisələri ərazi mübahisələri ilə yanaşı, dövlətlər tərəfindən BMT-nin Beynəlxalq Məhkəməsinə təqdim edilən mübahisələrin əhəmiyyətli hissəsini təşkil edir. Məhkəmənin özündə bunun bütün dövlətlərə xas olan ekspansiyaya can atmaq meyli ilə izah edildiyi bildirilir.

İstinadlar Kateqoriya:Beynəlxalq hüquq

Kateqoriya:Dəniz hüququ