Bəylər qəbiristanlığı — Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladi kəndinin “Seyidoba” məhəlləsində yerləşən yerli əhəmiyyətli arxeoloji abidə. Qəbiristanlığın əsas hissəsinin tarixi orta əsrlərə aid edilir.

Tarixi məlumatlara görə, orta əsrlərdə ictimai təbəqələşmənin güclənməsi ilə əlaqədar qəbiristanlıqda bəy və xan nəslindən olan şəxslərin, eləcə də imkanlı şəxslərin dəfn edildiyi bildirilir. Məzarlıq ərazisində beş məzar daşı, qəbir yerləri və iki kurqan qeydə alınmışdır.

Kurqanların tarixinin Son Neolit və Eneolit dövrlərinə aid olduğu, e.ə. V–VII minillikləri əhatə etdiyi qeyd olunur.

Abidənin inventar nömrəsi 4833.

İstinadlar

Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Lənkəran abidələri Kateqoriya:Azərbaycan qəbiristanlıqları