Perspektiv korreksiyası — gerçəklikdə paralellik təşkil edən xətlərin şəkildə perspektiv səbəbilə qovuşmasını aradan qaldırmaq məqsədilə fotoplanaalma, fotoçap və ya qrafik redaktorlarda emal zamanı tətbiq edilən xüsusi üsullar. Çox vaxt perspektiv korreksiyası genisbucaqlı obyektivlərlə arxitektura və interyer çəkilişi zamanı yaranan "şaquli meyllənmənin" (şəkil müstəvisinin əyilməsinin) aradan qaldırılmasına aid edilir. Üfüqi xətlərin qovuşmasının aradan qaldırılmasına isə daha nadir hallarda müraciət olunur.

Alternativlər Perspektiv təhrifləri böyük məsafələrdən uzunfokuslu optika ilə çəkiliş aparmaqla minimuma endirmək mümkündür. Məkan çatışmazlığı olduqda obyektivin optik oxunun sürüşdürülməsi fotoaparatı meyilləndirmədən, supergenişbucaqlı obyektivlə çəkilmiş təsvirin sonradan kadrlaşdırılması ilə əvəz edilə bilər. Digər üsul təqdimat təhriflərinin kompüterdə qrafik redaktor vasitəsilə emal olunaraq düzəldilməsindən ibarətdir. Birinci üsulun çatışmazlığı matrisanın və ya lentin müqayisədə kiçik bir hissəsindən istifadə edilməsidir. Bu, şəklin keyfiyyətini aşağı salır. İkinci üsul da təsvirin müəyyən hissələrinin interpoliyasiyası zərurəti üzündən ayırdetmə dəqiqliyinin itirilməsi ilə nəticələnir. Rəqəmsal redaktə çox vaxt çəkiliş obyektinin mütənasibliyinin xarakterik təhrifinə gətirib çıxarır. Perspektiv ixtisar yalnız eninə istiqamətdə kompensasiya olunduğu üçün obyekt şəkildə olduğundan daha alçaq görünür. Bundan əlavə, düzbucaqlı forma əvəzinə trapesiya forması alan şəklin əlavə kadrlaşdırılması tələb olunur.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Коррекция перспективы в вики PanoTools Фотоувеличитель "Азов" с оборудованием для коррекции перспективы при фотопечати. Kateqoriya:Fototerminlər Kateqoriya:Görüntünün emalı Kateqoriya:Fotoqrafiya növləri