rmdir (ing. Remove directory – Kataloq sil) — Unix, Linux, FreeBSD, DOS, OS/2, Microsoft Windows, ReactOS və s. əməliyyat sistemlərində boş kataloqların (qovluqların) silinməsi üçün istifadə olunan komandadır. DOS, Microsoft Windows sistemlərində komanda rd olaraq da yazıla bilir.

Sintaksis və Nümunələr rmdir kataloq_adıÜmumi sintaksis, kataloq_adı ilə verilən kataloq boş olduğu halda onu silir.

Unix seçimləri

-p – Həmçinin kataloq yolunda göstərilən valideyn kataloqları da silir. -v – Silinən hər kataloqun adını bir-bir ekrana çıxarır. $ rmdir -p a/b/cHəm c, həm də a və b kataloqlarını silir.

DOS, OS/2, Windows, ReactOS seçimləri

/s – Göstərilən kataloqdan əlavə, həm də onun içərisindəki bütün kataloq və faylları silir. Bu seçim ilə boş olmayan kataloqları da silmək mümkündür. /q – Boş olmayan kataloqları sildikdə təsdiq tələb etmir. > rmdir /s /q \PicturesPictures kataloqunun daxilindəki bütün digər kataloq və faylları silir.

Həmçinin Bax

Unix utilitlərinin siyahısı Cmd.exe

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Utilitlər Kateqoriya:Unix Kateqoriya:Windows əmrləri Kateqoriya:Unix proqram təminatı Kateqoriya:Linux üçün proqram təminatları