Məhəmməd Şəfi Deobəndi (; ) — Pakistanlı islam alimi, fəqih və təfsir alimi.
Bioqrafiyası 1897-ci ildə Diobənddə anadan olub və 1976-cı ildə Kəraçidə vəfat edib.
Səhabə və Raşidi xəlifə olan Osman ibn Əffanın nəslində olduğu üçün "Osmani" nisbəsindən istəfadə edib. O, Pakistan müstəqil olduqdan sonra ailəsi ilə birlikdə Pakistana köçüb və orada fəaliyyət göstərib.
Pakistanlı islam hüquqçusu, Kəraçinin Darul-Ülum Universitetinin müəllimi və müfti olan Təqi Osmani onun oğludur.
Məhəmməd Şəfi Deobəndi, "Məarifül-Quran", "Əhkamül-Quran", "İmdadül-müftiyyin", "Cəvahirül-fiqh" və başqa əsərlərin müəllifidir.
Həmçinin bax Deobəndi hərəkatı
İstinadlar
Kateqoriya:Hənəfilər Kateqoriya:Sufilər Kateqoriya:Hüquq filosofları Kateqoriya:İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Mühacir xalqı