Amandola — İtaliyanın Marke regionunun Fermo əyalətində yerləşən şəhər və bələdiyyədir. Ankona şəhərindən təxminən 70 km cənubda, Askoli-Piçenodan təxminən 25 km şimal-qərbdə, Fermodan isə təxminən 35 km qərbdə yerləşir.

Şəhər 1248-ci ildə Aqello, Leone və Marrubbione qalalarının birləşməsi nəticəsində yaradılmışdır. Bu qalaların birləşməsi nəticəsində azad bələdiyyə formalaşmışdır.

Amandola Sibillini dağları Milli Parkı ərazisində yerləşən 18 İtaliya bələdiyyəsindən biridir.

Amandola 24 avqust 2016-cı ildə Amatriçe yaxınlığında baş vermiş Mərkəzi İtaliya zəlzələsi nəticəsində zərər görmüşdür.

İstinadlar

Xarici keçidlər

Sibillini dağları Milli Parkının bələdiyyələri

Kateqoriya:İtaliya şəhərləri