Renate Linqor () — qadın futbolu üzrə dünya və Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı

Həyatı Renate Linqor Almaniyanın Karlsrue şəhərində doğulub.

Karyerası

Klub karyerası O, futbol oynamağa 1981-ci ildə "SV Blankenloch" klubunda başlayıb, 1983-cü ildən "Karlsrue SC" klubunun gənclərdən ibarət komandasında çıxış edib. Almaniya Bundesliqasında peşəkar karyerasına 14 yaşında "SC Klinge Seckach" klubu ilə müqavilə imzaladıqdan sonra başlayıb. Almaniyanın bir sıra aparıcı klublarından təklif almasına baxmayaraq, o, adıçəkilən klubda 1997-ci ilə qədər çıxış edib. Həmin il Renate Linqor "FFC Frankfurt" klubunda mərkəz yarımmüdafiəçi mövqeyində oynamağa başlayıb. Linqor 2 dəfə UEFA Kubokunun qalibi (2002, 2006), 5 dəfə Almaniya çempionu (1999, 2001, 2002, 2003, 2005), 5 dəfə Almaniya Kubokunun qalibi (1999, 2000, 2001, 2002, 2003) olub. 2007–2008-ci il mövsümündən sonra futbolçu karyerasını başa vurub.

Milli karyerası 1995-ci ildə Almaniya milli komandasına dəvət olunan Renate Linqor buna qədər Almaniyanın 20 yaşlı futbolçulardan ibarət yığmasının tərkibində 19 oyunda meydana çıxıb. 2006-cı ildə Marta (Braziliya) və Kristin Lilli (ABŞ) ilə bərabər Dünyada İlin Ən Yaxşı Qadın Futbolçusu adına Renate Linqorun da namizədliyi irəli sürülüb. Linqor Milli komandada 2 dəfə dünya çempionu (2003, 2007), 2 dəfə Avropa çempionu (2001, 2005) və 2 dəfə Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2000, 2004) olub.

İstinadlar

Xarici keçidlər Dünya və Avropa çempionu Bakıya gəlir

Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Olimpiya medallı futbolçular Kateqoriya:Qadın futbol hücumçuları Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:2004 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2008 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:2000 Yay Olimpiya Oyunları bürünc medalçıları Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:2008 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Almaniya idmançıları