Əbu Üməyyə Əmr ibn Səid ibn Əs əl-Əşdəq (; ) — Tabiin nəslinə mənsub Əməvi sərkərdəsi və vali.

Həyatı Atası Səid ibn Əs, anası isə Mərvan ibn Həkəmin bacısı Ümmül-Bənindir. Ləqəbi "əl-Əşdəq"dir. Bu ləqəb ona ovurdunu doldurub danışdığı üçün verilmişdir.

Əl-Əşdəq əvvəl Məkkə, sonra isə Mədinə və Dəməşq valisi vəzifələrini icra etdi. Mərvan tərəfindən Xalid ibn Yezid ilə birlikdə vəliəhd təyin edildı. Sərkərdə kimi Musab ibn Zübeyrin üzrə göndərildi və onu məğlub etdi.

Bu qələbədən sonra Mərvan onun nüfuzundan qorxaraq onu vəliəhdlik azad edib, yerinə oğulları Əbdülməlik ilə Əbdüləzizi vəliəhd təyin etdi.

Əl-Əşdəq, Əbdülməlik xəlifə olduqda, ondan sonra xəlifə olmaq şərti ilə ona beyət etdi. Lakin bir müddət sonra Əbdülməlikin də öz oğullarını vəliəhd elan etmək istədiyini anladı.

Əbdülməlikin Züfər ibn Haris üzərinə yürüş etmək üçün Dəməşqdən ayrılmasını fürsət bilən əl-Əşdəq üsyan qaldırdı və Dəməşqə daxil oldu.

Hərbi yürüşdən imtina edib Dəməşqə qayıtmaq məcburiyyətində qalan Əbdülməlik, Dəməşqi mühasirəyə aldı. Əl-Əşdəq xəlifədən aman alaraq təslim oldu.

Lakin Əbdülməlik onun gələcəkdə yenidən üsyan qaldırma ehtimalına qarşı əl-Əşdəqi sarayına dəvət etdi və öz əli ilə öldürdü.

Hədis elmindəki yeri O, atası Səiddən, Ömər ibn Xəttabdan, Osman ibn Əffandan, Əlidən və Aişədən hədis rəvayət etmişdir.

İstinadlar Kateqoriya:Tabiinlər Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:VII əsr ərəbləri