Züfər ibn Haris əl-Kilabi (; ) — Abdullah ibn Zübeyrin tərəfdarı və onun Qərqisiyə (Sirsesiya) valisi; Bənu Amir qəbiləsinin lideri.
Həyatı O, tabiin nəslinə mənsub olan bir əmir və əl-Cəzirənin sakinlərindən idi.
Siffeyn döyüşündə Qinnəsr əmiri kimi Müaviyə ilə birlikdə, Dəhhaq ibn Qeys əl-Fihri ilə birlikdə Mərci-rəhit döyüşündə iştirak etmişdir.
Mərci-rəhit döyüşündə Dəhhaq öldürüldükdən sonra Züfər qaçmış və Qərqisiyəyə sığınmışdı. O, ölənədək möhkəmləndirilmiş həmin şəhərdə qalmışdı.
Züfər Əbdülməlik ibn Mərvanın xəlifəlik illərində vəfat etmişdir. Xətib Bağdadi onun yetmiş yaşını bir qədər keçmiş olduğu vaxtda öldüyünü qeyd etmişdir.
İstinadlar
Kateqoriya:Əməvi sərkərdələri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Tabiinlər