Mirzəcamallı (digər tarixi adları Türkman, Tərəkəmə) – Azərbaycan Respublikasının Füzuli rayonunun Mirzəcamallı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Mirzəcamallı obası Hacılı camaatına qatılan obalardan biri idi. XVIII yüzildə Türkman, XIX yüzildə Tərəkəmə adlanırdı. 1842-ci ildən bəri Qarabağ xanlığının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşirin adıyla bağlıdır.

1823-cü ilə aid mənbədə yazılır: Türkman obası, orda nökərlər, bağbanlar və çobanlardan ibarət 12 tüstü var. Burda 3 tüstü var ki, Mirzə Xanməmmədə məxsusdur.

1842-ci ildə Mirzəcamallı obasında 21 tüstü qərar tuturdu. 1849-cu ildə Mirzəcamallı obasında 35 tüstü yaşam sürürdü. 1863-cü ildə Mirzəcamallı obasında 34 tüstü köç-düşlə məşğul olurdu. 1873-cü ildə Mirzəcamallı obasında 41 tüstü vergi ödəyirdi. 1886-cı ildə Mirzəcamallı obasında 43 tüstü qeydə alınmışdı. Göstərdiyimiz tüstü saylarına bəy və ruhani ailələri daxil deyil.

9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Fizuli aeropurtu buradadır.Ali Baş Komandan və Ordumuzdan bayram müjdəsi: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik . report.az (azərb.). 9 noktyabr 2020.

Toponimikası Köndələnçayın sahilində, dağətəyi ərazidədir.

Yaşayış məntəqəsi Qarabağ xanları nəslindən olan vəzir və tarixçi Mirzə Camal Cavanşirə (təqr. 1773–1853) məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış va onun adı ilə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Füzuli rayonunun kəndləri