"Əl-Cəzirə" (, ) — Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində nəşr olunan gündəlik ərəbdilli qəzet. Məhdud təsirə və oxucu kütləsinə malik, ölkənin yeganə günorta qəzeti olan "Əl-Məsaiyyə" onun qardaş mətbuat orqanıdır.
Geniş formatda nəşr olunan qəzet həm rəngli, həm də ağ-qara məzmunda 48 səhifədən ibarətdir. Mətbuat orqanının otuzdan çox yerli və beynəlxalq filialı fəaliyyət göstərir.
Tarixi və profili "Əl-Cəzirə" 1960-cı ildə Abdulla ibn Xamisə məxsus "Al Jazirah Corporation" tərəfindən təsis edilmişdir. Mətbuat orqanı fəaliyyətinə ilk olaraq aylıq nəşr kimi başlamışdır.
Qəzetin idarə heyətinin sədri Mütləq bin Abdulladır. "Elaph" liberal ərəb elektron qəzetinin sahibi Osman əl-Omeyr bu qəzetin idarə heyətinin üzvü olmuşdur. O, həmçinin 1970-ci illərin əvvəllərində mətbuat organının idman müxbiri, daha sonra isə London müxbiri kimi fəaliyyət göstərmişdir. 1977-ci ildə Əbdülrəhman əl-Rəşid gündəlik qəzetin baş redaktoru təyin olunmuş, həmçinin 1981–1985-ci illərdə müxbir və qəzetin Vaşinqton bürosunun rəhbəri vəzifələrində çalışmışdır. 2013-cü ilə olan məlumata görə, qəzetin baş redaktoru Xalid bin Həməd əl-Malik olmuşdur.
"Əl-Cəzirə" Anti-Diffamasiya Liqası tərəfindən mühafizəkar və islammeylli mətbuat orqanı kimi qiymətləndirilir.
İstinadlar
Kateqoriya:Ərəb dilində qəzetlər