İstanbulda daşqınlar — 14 oktyabr 2026-cı ildə Türkiyənin Mərmərə regionunda meydana gələn daşqın fəlakəti. Bu fəlakət daha çox İstanbula təsir göstərmiş, ən azı 8 nəfərin ölümü və 6 nəfərin itkin düşməsi ilə nəticələnmişdir.

Zəmin 14 oktyabr səhəri başlayan şiddətli leysan yağışları günün irəliləyən saatlarında tədricən artan sürətlə güclənmiş və çayların məcrasından çıxmasına səbəb olmuş, nəticədə daşqın meydana gəlmişdir.

Fəsadları Daşqın nəticəsində 8 nəfər həlak olmuş, Sarıyerin Ayazağa məhəlləsi başda olmaqla ətraf əraziləri su basmış, su daşqını səbəbindən bəzi ictimai nəqliyyat marşrutlarının fəaliyyəti dayandırılmışdır.https://www.aa.com.tr/tr/gundem/istanbulda-saganak-nedeniyle-bircok-ilcede-su-baskinlari-yasaniyor/4088929 Ticarət mərkəzləri fəaliyyətlərini müvəqqəti dayandırmaq məcburiyyətində qalmış, 6 nəfərin itkin düşdüyü bildirilmişdir. Hər kvadratmetrə təxminən 277,1 kiloqram yağışın düşməsi ilə yağıntının miqdarı 1942-ci ildən bəri qeydə alınan ən yüksək həddə çatmışdır.https://akom.ibb.istanbul/haberler/aylik-toplam-yagisin-4-kati-bir-gunde-dustu/ Fəlakətdən sonra torpağın suya doyması səbəbindən İstanbul boğazının suyu qəhvəyi rəngə bürünmüşdür.https://www.aa.com.tr/tr/video-galeri/halicte-denizin-rengi-kahverengiye-dondu/157181

Su anbarlarına təsiri İntensiv yağışlar səbəbindən su anbarlarında suyun səviyyəsi kəskin şəkildə artmışdır. İstanbuldakı su anbarlarının doluluq səviyyəsi ilk gecə yağışlarından sonra 6% artmışdır. İkinci gün daha 3% artan su səviyyəsi 17 oktyabr 2026-cı il səhər ölçmələrinə əsasən 14 oktyabr səhəri ilə müqayisədə 38%-dən 48% həddinə yüksəlmişdir. İstanbulun Anadolu hissəsinin əsas su mənbəyi olan Ömərli su anbarının doluluq nisbəti 54%-dən 66%-ə qalxmışdır. Təkcə Ömərli su anbarı üzrə artım miqdarı bütün İstanbulun təxminən 10 günlük su ehtiyacına bərabərdir.

Reaksiyalar 15 oktyabr 2026-cı ildə İl Fövqəladə Hallar və Təcili Əlaqələndirmə İdarəsində bəyanatla çıxış edən İstanbul valisi Davud Gül şəhərə son 84 ilin ən yüksək yağıntısının düşdüyünü bildirmişdir.

İstinadlar

Kateqoriya:Türkiyədəki daşqınlar Kateqoriya:2026-cı ildə Türkiyə Kateqoriya:14 oktyabrdakı hadisələr