Fredi Varqas (; 1 aprel 1999, Barkisimeto, Venesuela) — Venesuela futbolçusu, Azərbaycanın "Neftçi" klubunun cinah hücumçusu. Venesuela milli komandasının üzvüdür. Karyerası ərzində Venesuela, ABŞ, İsrail və Azərbaycan klublarında çıxış edib; 2022-ci ildə "Metropolitanos" ilə Venesuela çempionu olub.

Klub karyerası

Venesuela və ABŞ Varqas futbola doğma şəhəri Barkisimetoda başlayıb və peşəkar karyerasına Venesuela Primera Divisionunda çıxış edən "Deportivo Lara"da başlayıb; klubda dörd mövsüm oynayıb. 2021-ci ilin yanvarında o, icarə əsasında Major League Soccer-də çıxış edən "Dallas" klubuna keçib; ABŞ-da "Dallas"ın heyətində 13, klubun fərm komandası "North Texas"da isə 4 oyun keçirib. 2022-ci ilin əvvəlində "Deportivo Lara"ya qayıdan futbolçu həmin ilin iyununda "Metropolitanos"a keçib.

2022-ci il oktyabrın 30-da Varqas Venesuela çempionatının "Monaqas"a qarşı finalında əsas heyətdə meydana çıxıb və penaltilər seriyasında zərbəsini dəqiq yerinə yetirib; "Metropolitanos" əsas və əlavə vaxtı 1:1 başa vurduqdan sonra penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Venesuela çempionu olub.

İsrail 2023-cü il sentyabrın 15-də Varqas İsrail Premyer Liqasında çıxış edən "Makkabi Bney Reyne" ilə bir mövsümlük (daha bir mövsüm uzadılmaq opsiyası ilə) müqavilə imzalayıb. Bütün turnirlərdə 6 qol vurub, 3 məhsuldar ötürmə edən futbolçu klubun liqanın ilk altılıq mərhələsinə çıxmasında mühüm rol oynayıb.

2024-cü il iyulun 7-də Varqas "Makkabi Netanya" ilə iki illik (daha iki il uzadılmaq opsiyası ilə) müqavilə bağlayıb; o vaxt "Makkabi Tel-Əviv" və "Makkabi Hayfa"nın da futbolçuya maraq göstərdiyi bildirilirdi. "Netanya"nın heyətində 2024/25 mövsümündə 35 oyunda 4 qol vurub.

Neftçi 2025-ci ilin yayında Varqas satınalma opsiyası ilə bir illik icarə əsasında Bakının "Neftçi" klubuna keçib. 2025/26 mövsümündə bütün turnirlərdə 34 rəsmi oyunda 5 qol vurub, 8 məhsuldar ötürmə edib. Azərbaycan Premyer Liqasının XXX turunda "Karvan-Yevlax"a qarşı səfər oyununda (3:0) vurduğu qolun videosu "Instagram"da 22 milyondan çox baxış toplayıb.

2026-cı il iyulun 22-də "Neftçi" satınalma opsiyasından istifadə edib və Varqas klubla "2+1" sxemi üzrə müqavilə imzalayıb. İsrail mətbuatının məlumatına görə, keçid haqqı əvvəlcədən razılaşdırılmış 900 min avro olub.

Beynəlxalq karyerası Varqas 2021-ci ildən Venesuela milli komandasında çıxış edir və 2025-ci ilə qədər 3 oyun keçirib.

Uğurları Metropolitanos Venesuela çempionu: 2022

İstinadlar

Xarici keçidlər Fredi Varqas — "Neftçi" PFK-nın rəsmi saytında

Kateqoriya:1999-cu ildə doğulanlar Kateqoriya:Venesuela futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:İsrail Premyer Liqası futbolçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:Nort Texas FK futbolçuları