Dərin öyrənmə əsaslı təsvir böyütmə ( və ya ) – Nvidia tərəfindən işlənilib hazırlanmış və bir çox videoyunlarda əlçatan olub, real vaxt rejimində fəaliyyət göstərən texnologiyalar dəstəsidir. Bu texnologiyaların məqsədi məhsuldarlığı artırmaq üçün qrafik konveyerin böyük hissəsinin daha aşağı təsvir ölçüsündə işləməsinə imkan yaratmaq, daha sonra esa bundan çıxarış edərək sanki təsvir elə həmin yüksək ölçüdə işlənilmiş kimi eyni detallıq səviyyəsinə yaxınlaşan daha yüksək təsvir ölçülü şəkil formalaşdırmaqdır. Bu, istifadəçinin üstünlük verməsindən asılı olaraq, müəyyən edilmiş çıxış təsvir ölçüsü üçün daha yüksək qrafik tənzimləmələri və ya kadr tezliyini təmin edir.
DLSS-in bütün nəsilləri dəstəklənən oyunlarda Nvidia-nın bütün RTX brendli kartlarında mövcuddur. Bununla belə, Kadr yaradılması funksiyası rəsmi olaraq yalnız RTX 40 seriyalı və ya daha yeni qrafik prosessorlarda, Çoxlu kadr yaradılması (Multi Frame Generation) isə rəsmi olaraq yalnız 50 seriyalı qrafik prosessorlarda əlçatandır. Üçüncü tərəf tərtibatçıları Nvidia-nın öz DLSS Kadr Generasiyası mühitinin RTX 30 seriyalı qrafik prosessorlarda, həm 2×, həm də Çoxlu Kadr Generasiyası rejimləri daxil olmaqla, qeyri-rəsmi şəkildə işlədiyini nümayiş etdiriblər.
İstinadlar