Tom Barrak () — Amerikalı diplomat, daşınmaz əmlak sahəsində özəl kapital investoru, həmçinin birjada ticarət olunan daşınmaz əmlak investisiya fondu "Colony Capital"ın təsisçisi və istefaya çıxmış sədridir. ABŞ Senatı tərəfindən təsdiqləndikdən sonra Barrak 2025-ci ilin may ayından etibarən ABŞ-ın Türkiyədəki səfiri vəzifəsində çalışır.
Haqqında Barakın nənə və babası 1900-cü ildə Zəhlədən ABŞ-yə mühacirət etmiş livanlı xristianlar idilər. Barrack Kaliforniyanın Kalver-Siti şəhərində böyüyüb. Burada atası ərzaq satıcısı, anası isə katibə işləmişdir.
1969-cu ildə Barak Cənubi Kaliforniya Universitetində (USC) bakalavr dərəcəsi qazanıb. O, burada universitetin reqbi komandasında da çıxış edib. Daha sonra o, USC-nin Quld Hüquq Məktəbində (USC Gould School of Law) təhsil alıb və burada "Southern California Law Review" nəşrinin redaktorlarından biri olub. 1972-ci ildə isə San-Dieqo Universiteti Hüquq Məktəbindən hüquq doktoru (Juris Doctor) dərəcəsini əldə edib. (Mənbə: İngilis dili vikipediyası)
Həmçinin bax Amerika Türkiyə İraq
İstinadlar
Xarici keçidlər