Rubaya mədən qəzası — Konqo Demokratik Respublikasının (KDR) Şimali Kivu vilayətindəki Rubaya mədənlərində 2026-cı il yanvarın 28-də baş vermiş uçqun. Hadisə nəticəsində azı 227 nəfər həlak olmuşdur. Mədənin uçması uzun illər davam edən səmərəsiz hasilat və mədənlərə texniki qulluq göstərilməməsi fonunda güclü yağışların səbəb olduğu sürüşmə nəticəsində baş vermişdir. Sürüşmə nəticəsində bir neçə ayrı mədən uçmuşdur.
Zəmin KDR-in şərqindəki Rubaya mədənləri 2024-cü ildən bəri M23 qruplaşmasının üsyançıları tərəfindən nəzarətdə saxlanılır. O vaxtdan bəri M23 Rubayada çıxarılan koltan üçün ayda 800 min dollardan çox vergi tətbiq etmişdir. Rubaya mədənlərinin payına dünya tantal hasilatının 15%-dən çoxu düşür. Yeraltı işlənmələr çox vaxt minimal nəzarətlə və təhlükəsizlik tədbirləri görülmədən əllə qazılır. Şaxtalar illərlə baxımsız qalır. Bir şaxtada eyni vaxtda 500-ə qədər şaxtaçı ola bilər.
Uçqun 2026-cı il yanvarın 28-də güclü yağışlar Rubaya mədənlərində iri sürüşməyə səbəb olmuşdur. İki sürüşmə qeydə alınmışdır: biri yanvarın 28-i gündüz, digəri isə yanvarın 29-u səhər saatlarında baş vermişdir. Sürüşmə nəticəsində bir neçə şaxta uçmuşdur.
Nəticələri Uçqun nəticəsində 200-dən çox adamın həlak olduğu təxmin edilir. Xilasetmə işləri uçmuş torpaq kütlələri səbəbindən çətinləşmiş və bütün meyitlər tapılmamışdır. Yaralanmış 20-yə yaxın şaxtaçı qəsəbənin xəstəxanasına və ən yaxın böyük şəhər olan Qomaya çatdırılmışdır.
M23 tərəfindən təyin edilmiş Şimali Kivu vilayətinin qubernatoru Rubaya mədənində kustar üsulla hasilatı dayandırmış və yerli sakinələrə köçməyi əmr etmişdir.
İstinadlar
Kateqoriya:2026-cı ildəki fəlakətlər Kateqoriya:Mədən qəzaları