Abdullah ibn Üneysin yürüşü () və ya Xalid ibn Süfyanın qətli () — hicri 3-cü ilin məhərrəm ayında Bəni-Lihyan qəbiləsinə qarşı baş tutmuş ilk hücum. Məlumata görə, Bəni-Lihyan qəbiləsinin başçısı Xalid bin Sufyan Hüzəli Mədinəyə hücum etməyi planlaşdırmış və Nəxlə və ya Urəna əhalisini müsəlmanlara qarşı döyüşməyə qızışdırmışdır. Buna görə də Məhəmməd Abdullah ibn Üneysi onu öldürmək üçün göndərmişdir. Üneys gecə vaxtı Xalid ibn Süfyanın başını kəsdikdən sonra onu Məhəmmədə gətirmişdir.Za'd Al-Ma'ad p. 2/109; Ibn Hisham p. 2/619.Note: Book contains a list of battles of Muhammad in Arabic, English translation available here

İslam mənbələri

Bioqrafik ədəbiyyat Bu hadisə İbn Hişamın Məhəmmədin həyatından bəhs edən bioqrafik əsərində qeyd olunmuşdur. Müsəlman fəqihi İbn Qəyyim Cövziyyə də Məhəmmədin həyatına həsr edilmiş "Zədül-Məəd" əsərində bu hadisəni xatırlatmışdır.Mubarakpuri, The sealed nectar: biography of the Noble Prophet, p. 349. (footnote 1). Bu hadisəyə toxunan müasir ikinci dərəcəli mənbələr arasında mükafatlandırılmış "Ər-Rəhiq əl-Məxtum" kitabı da yer alır.Ar-Raheeq Al-Makhtum - The Sealed Nectar . Dar-us-Salam Publications.

Müsəlman fəqihi Təbəri də Məhəmməd haqqında yazılmış bioqrafik əsərində bu hadisəni qeyd edərək, Allahın Rəsulunun onu çağırıb Xalid ibn Sufyan ibn Nübeyh Hüzəlinin ona hücum etmək üçün qüvvə topladığı barədə xəbər aldığını, onun ya Nəxlədə, ya da Urənada olduğunu bildirərək yanına gedib onu öldürməyi əmr etdiyini nəql etmişdir.

Hədis ədəbiyyatı Bu hadisə sünni hədis məcmuəsi olan "Sünəni-Əbu Davud"da da xatırladılır. Məlumata görə, Allahın Rəsulu Abdullah ibn Üneysi Urəna və Ərəfat istiqamətində olan Xalid ibn Süfyan Hüzəlinin yanına göndərərək onu öldürməyi əmr etmişdir. Üneys günorta namazının vaxtı çatdıqda onunla döyüşün namazı gecikdirə biləcəyindən narahat olmuş, bu səbəbdən işarələrlə namaz qılaraq ona tərəf irəliləmişdir. Yaxınlaşdıqda Xalidin onun kimliyi ilə bağlı sualına ərəb qəbiləsindən olduğunu və Məhəmmədə qarşı qoşun topladığı xəbərini eşidərək bu məsələ ilə bağlı gəldiyini bildirmişdir. Xalid bu işlə məşğul olduğunu təsdiqlədikdən sonra Üneys bir müddət onunla yanaşı yerimiş və əlverişli məqam düşən kimi qılıncı ilə üstünlük təmin edərək onu öldürmüşdür.Abu Dawud 2:1244, hadithcollection.com (archive)

Hadisə həmçinin "Müsnəd Əhməd" əsərində də qeyd olunmuşdur.

İstinadlar

Kateqoriya:Məhəmmədin yürüşləri Kateqoriya:624 Kateqoriya:625