Şollar su kəmərinin suyayma qülləsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. Şollar su kəmərinin su yayma qülləsi. XIX Əsrin sonu, inventar № 3025 Abidə Dövlət tərəfindən qorunur.
Tarixi Şollar su kəmərinin su yayma qülləsi o vaxt eyniadlı kəmərin çəkilişi ilə əlaqədar tikilib və insanlar qüllələrə qoyulan kranlardan vedrələrlə su daşıyırlarmış. Su yayma qüllələri ötən əsrin ortalarına qədər istifadə olunub.
Sovetski də köhnə Bakının atributlarından olan 3 "su fontanı" da qalıb ki, sakinlərin sözlərinə görə, artıq həmin obyektlər dövlət nəzarətinə götürülüb. Bu "fontan"lar XIX əsrin sonunda — XX əsrin əvvəlində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar tikilib və o zaman hər bir "fontan"da qoyulan krandan əhaliyə vedrələrlə su satılıb. "Fontan"lardan 1950-ci illərədək istifadə olunub.
İstinadlar
Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakı məhəllələri Kateqoriya:XX əsrdə yarananlar