Liberal avtokratiya — liberalizm prinsiplərinə riayət edən qeyri-demokratik idarəetmə forması. XX əsrə qədər Qərbi Avropadakı ölkələrin əksəriyyəti "liberal avtokratiyalar və ya ən yaxşı halda yarı-demokratiyalar kimi xarakterizə olunurdu. "Klassik liberal avtokratiya"ya nümunə kimi Avstriya-Macarıstan göstərilirdi. Farid Zakariyaya görə, daha yaxın tarixə aid nümunə 1 iyul 1997-ci ilə qədər Britaniya Tacı tərəfindən idarə olunan Honq Konqdur. Zakariya qeyd edir ki, 1991-ci ilə qədər "hər hansı mühüm seçki keçirilməsə də, onun hökuməti konstitusiyalı liberalizmi ifadə edir, vətəndaşlarının əsas hüquqlarını hifz edir, ədalətli məhkəmə sistemini və bürokratik idarəetməni təmin edirdi".

Bu avtokratiyalarda real mülki azadlıqların mövqcudluğu kifayət qədər şübhəlidir. Məsələn, XIX əsr avtokratiyaları adətən təhkimçiliyi, gildiyaları, zadəgan imtiyazlarını və qanun qarşısındakı bərabərsizliyi ləğv etsələr də, ən yaxşı halda belə söz azadlığı və birləşmək azadlığı məhdud idi. Buna görə liberal avtokratiya adətən bu millətlərin inkişafında müxtəlif seçkili demokratiya formalarından əvvəl gəlir; o, feodal monarxiyalardan daha açıq olsa da, müasir liberal demokratiyalardan daha az azaddır. Honq Konq isə böyük ehtimalla xüsusi bir haldır, çünki Britaniya müstəmləkə idarəçiliyinin son mərhələlərində söz azadlığı və birləşmək azadlığı kifayət qədər geniş yayılmışdı, lakin eyni zamanda Çinin müstəqil və azad seçkilərə icazə verməyəcəyi haqqında ümumi bir anlayış var idi. Əlavə olaraq, Misirin 2005-ci ildən bəri liberal avtokratiyaya doğru meyil etdiyi də iddia edilmişdir.

İstinadlar

Kateqoriya:Avtokratiya Kateqoriya:Qarışıq hökumət Kateqoriya:Liberalizm tarixi