Sahib Cəlil oğlu Rzayev () — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi (2026-cı ildən).
Həyatı Sahib Cəlil oğlu Rzayev 1977-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuşdur. 2001-ci ildə Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2011-ci ildə isə beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirmişdir.
Sahib Rzayev 2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006–2008-ci illərdə Fövqəladə Hallar Nazirliyində baş müstəntiq vəzifələrində çalışmışdır. 2008–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin İstintaq şöbəsinin rəisi, Əməliyyat-İstintaq İdarəsinin rəisi, həmçinin Fövqəladə Halların Xəbərdar Edilməsi və Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2025-ci ilin yanvar–iyul aylarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsi rəisinin müavini vəzifəsində çalışmışdır. 2025-ci ilin iyul ayında həmin idarənin rəisi təyin edilmiş və 27 oktyabr 2026-cı ilədək bu vəzifədə işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi təyin edilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları