Anders Sparrman (həmçinin Şparrman (, ) — isveçli bioloq,DNB, Katalog der Deutschen Nationalbibliothek: Anders Sparrman botanik, ornitoloq və həkim, Linneyin həvarilərindən biri.
Bioqrafiya Anders Sparrman 27 fevral 1748 ildə anadan olmuşdur.
9 yaşında Upsala Universitetinə daxil olmuşdur. 14 yaşında Anders Sparrman tibbi təhsilinə başlamışdır. O, Karl Linneyin görkəmli tələbələrindən biri olmuşdur.
1765-ci ildən 1767-ci ilə qədər Anders Sparrman Çində elmi ekspedisiyada iştirak etmişdir. 1771-ci ildən 1772-ci ilə qədər o, Cənubi Afrikada elmi ekspedisiyada olmuşdur. 1772-ci ildən 1775-ci ilə qədər Anders Sparrman Okeaniyada və Cənubi Amerikada elmi ekspedisiyalarda, 1775-ci ildə isə Cənubi Afrikadakı elmi ekspedisiyalarda iştirak etmişdir. 1776-cı ildə İsveçə qayıtdıqtan sonra, 1780-ci ildə İsveç Kral Elmlər Akademiyasının təbiət tarixi kolleksiyalarının qoruyucusu təyin edilmişdir.
Anders Sparrman İsveç Kral Elmlər Akademiyasının üzvü seçilmişdir. 1781-ci ildə təbii elmlər və farmakologiya professoru olmuşdur. 1787-ci ildə Qərbi Afrikadakı ekspedisiyada iştirak etmişdir.
Anders Sparrman 9 avqust 1820-ci ildə Stokholmda vəfat etmişdir.
Elmi fəaliyyəti Anders Sparrman toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.International Plant Names Index: Anders Sparrman (1748—1820)
Elmi işləri The Diseases of Children, and their Remedies. (London, 1776). Resa till Goda Hopps-Udden, södra Polkretsen och omkring Jordklotet, samt till Hottentott-och Caffer-Landen Åren 1772—1776. (Stockholm, Band 1: 1783; Band 2 Teil 1: 1802; Band 2 Teil 2: 1818). Museum Carlsonianum, in quo novas et selectas aves, coloribus ad vivum brevique descriptione illustratas, suasu et sumtibus generosissimi possessoris. (1786—1789, in 4 Teilen veröffentlicht). Svensk Ornithologie Med efter naturen colorerade tekningar. (1805—1816, in 11 Teilen veröffentlicht).
İstinadlar
Kateqoriya:Abolisionistlər Kateqoriya:Afrikanın tədqiqatçıları Kateqoriya:Botanika taksonlarının müəllifləri Kateqoriya:XIX əsr bioloqları Kateqoriya:XIX əsr həkimləri Kateqoriya:XVIII əsr həkimləri Kateqoriya:İsveç ali təhsil müəssisələrinin müəllimləri Kateqoriya:İsveç botanikləri Kateqoriya:İsveç entomoloqları Kateqoriya:İsveç həkimləri Kateqoriya:Ornitoloqlar Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Professorlar Kateqoriya:Zoologiya taksonlarının müəllifləri Kateqoriya:İsveç alimləri