Yəhudilərhttps://www.azleks.az/online-dictionary/cuhud?s=my cuhud [cuhut] Bax: yəhudi. () — qədim İsrail çarlığında yaşamış əhalidən yaranan xalq. Faktiki olaraq dünyanın bütün ölkələrində yaşayırlar. 1948-ci ildən yəhudi dövləti — İsrail də mövcuddur. Sayı təqribən 14 mln. nəfər (2006-cı il rəqəmi), onlardan 40%-i İsraildə, 35%-i isə ABŞ-də yaşayır. Ənənəvi dini iudaizmdir. İsraildə rəsmi dövlət dili ivritdir. Ayrı-ayrı ölkələrdə spesifik yəhudi dilləri var. Onlardan ən çoxsaylısı alman dil qrupuna daxil olan idişdir.

Yəhudiliyin əlamətləri Yəhudiliyin əlamətlərini müəyyənləşdirən ən qədim mənbə yəhudi hüququ olan halaxadır. O qanun yaradan Talmudun qərarları əsasında yaranıb. Halaxaya görə, "yəhudi o adamdır ki, anası yəhudidir, ya da yəhudi qaydalarına görə yəhudi adlanıb (qiyur)"

Yəhudi diasporlarının tarixi Diasporlar tədricən ardıcıllıqla bir neçə əsas mərkəz şəklində formalaşmışlar. Edot adlanan etnik yəhudilər dil və məişət cəhətcə fərqlənmişlər: Bavli (Mesopotamiya, Cənubi Qafqaz) — V–XI əsrlər; Sefardlar (Pireney yarımadası) — b.ə.əvvəli — 1492; Aşkenazlar (Mərkəzi Almaniya, Şərqi Avropa) — X əsr-XX əsrin ortası.

İkinci Dünya müharibəsi ərəfəsində və dövründə altı milyona qədər yəhüdi öldürülüb (bax: Holokost).

Məşhur yəhudilər Albert Eynşteyn — almaniyalı alim, fizik Robert Oppenheymer — amerikalı alim, Atom bombasının yaradıcısı. Teodor Hertsl-"yəhudi dövləti" fikrini ilk dəfə ortalığa atan şəxs və ümumiyyətlə yəhudi siyasətini müəyyənləşdirən, sionizmin banisi olan şəxs. Natali Portman — amerikalı aktrisa. Xəyyam Nisanov — Azərbaycanlı müğənni. Miloş Zeman — Çexiya prezidenti. Petro Poroşenko — Ukraynanın IV prezidenti, əsl soyadı Valtsmandır. Aleksandr Qroysman — Ukraynanın baş naziri. Arseni Yatsenyuk — Ukraynanın keçmiş baş naziri. Alla Puqaçova — Rusiyalı müğənni. Qolda Meyer-İsrailin baş naziri. Məsud Bərzani-İraq Kürdüstanının 2005–2017-ci illərdə prezidenti. Ümumiyyətlə Bərzanilər ailəsi yəhudi mənşəlidirlər. Vladimir Lenin-SSRİ-nin qurucusu. Anası yəhudi idi və buna görə Lenini yəhudi qaydasına görə yəhudi saymaq olar. Benedikt Spinoza-Niderlandlı(Hollandiyalı)filosof. Yevda Abramov – Azərbaycan Milli Məclisinin deputatı. Albert Aqarunov – Azərbaycanın Milli Qəhrəmanı

Yayılması və sayı Sayı təqribən 14 milyon nəfər hesab edilir.

Ən böyük yəhudi icmaları (60 min nəfərdən çox) aşağıdakı ölkələrdədir: İsrail — 7, 200 mln.nəfər (2008-ci il; keçmiş SSRİ-dən təqribən 1,120 mln.nəfər) ABŞ — 6, 300 mln.nəfər (keçmiş SSRİ-dən təqribən 400 min) Fransa — 575 min nəfər Argentina — 400 min nəfər Kanada — 348,6 min nəfər (2001-ci il) Böyük Britaniya — 300 min nəfərdən çox Almaniya — 250 min nəfər (keçmiş SSRİ-dən təqribən 216 min) (2004-cü il). Rusiya — 233,4 min nəfər. (2002-ci il).Итоги Всероссийской переписи населения 2002 года. В 14 т. М., 2004 Ukrayna — 104 min nəfər (2001-ci il) Avstraliya — 90 min CAR — 89 min Braziliya — 87 min (2000-ci il)

Mütəşəkkil yəhudi icmaları dünyanın 110 ölkəsində var.

Həmçinin bax Yəhudanın öpüşü Antisemitizm İsrail Sionizm Holokost Anusim

İstinadlar

Ədəbiyyat Гительман Ц. Беспокойный век: Евреи России и Советского Союза с 1881 г. до наших дней. М.: — Новое литературное обозрение, 2008. — 512 с. — ISBN 978-5-86793-576-4 Н. И. Рутберг, И. Н. Пидевич. Евреи и еврейский вопрос в литературе советского периода. Хронологически-тематический указатель литературы, М.: Грант, 2000. — 598 с. — ISBN 5-89135-135-8 Евреи в России: История и культура. Сборник научных трудов — ред. Д. А. Эльяшевич. СПб, Издание Петербургский еврейский университет, 1998. — 394 с. — ISBN 5-88976-004-1 Мудрость еврейского народа в пословицах и поговорках. Феникс, Ростов-на-Дону, 2008.

Süleyman SAYAR. YAHUDİ KARAKTERİ(Tarihî ve Sosyo-Psikolojik Bir Yaklaşım). ULUDAĞ ÜNİVERSİTESİ. İLÂHİYAT FAKÜLTESİ. Sayı: 9, Cilt: 9, 2000. Rabi Benjamin Blech. Geçmişten Günümüze YAHUDİ TARİHİ VE KÜLTÜRÜ. Eylül 2004. — 447 s. — ISBN 975-7304-82-4 Israel SHAH. YAHUDİ TARİHİ, YAHUDİ DİNİ. ANKA YAYlNLARI : 31. DİNLER TARİHİ: 3. İstanbul 2004. — 192 s. — ISBN 975-6628-32-4 Məlikov, Ə. İudaizmin tarixi, inancları və təriqətləri // Gənc Tədqiqatçı Elmi-praktiki jurnal, Vol. IX. 15.06.2023, № 2, səh.135–145 (http://dx.doi.org/10.13140/RG.2.2.25280.34561)

Xarici keçidlər История еврейского народа Статья "Евреи" С. И. Лучицкая. // Словарь средневековой культуры. 23 илл. Еврейский Фонд Украины Евреи в Библии — статья на сайте "Библия-центр" Ваад Украины История и культура евреев на сайте Конгресс Национальных Общин Украины Раввин Адин Штейнзальц. "Что такое еврей" Еврейский век. Полемика вокруг книги Юрия Слезкина "Эра Меркурия. Евреи в современном мире" Передача "Не так" радиостанции "Эхо Москвы" с обсуждением книги Юрия Слезкина "Эра Меркурия. Евреи в современном мире" Joshua Project – Unreached Peoples of the World : Jews

Kateqoriya:Yəhudilər Kateqoriya:Samilər Kateqoriya:İsrail Kateqoriya:İsraildə yaşayan etnik qruplar Kateqoriya:Fələstində yaşayan etnik qruplar Kateqoriya:Asiyada yaşayan etnik qruplar Kateqoriya:Yaxın Şərqdə yaşayan etnik qruplar Kateqoriya:Avropada yaşayan etnik qruplar Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Afrika xalqları Kateqoriya:Amerika xalqları Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Yaxın Şərqin qədim xalqları Kateqoriya:Qərbi Asiyadakı yerli xalqlar