Çayqaraqoyunlu — Azərbaycan Respublikasının Şəki rayonunun Turan qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi İncəçayın sahilində, dağətəyi düzənlikdədir. Etnotoponimdir. Vaxtilə bu kəndin yaxınlığında "Dağ Qaraqoyunlu" adını daşıyan başqa bir kənd də mövcud idi.
Vaxtilə bu ərazidə maldarlıqla məşğul olan qaraqoyunlu tayfasının səkkiz yatağı olmuşdur. 19-cu əsrin ortalarında qaraqoyunlular bu yataqlarda yaşayış məntəqələrinin əsasını qoymuşlar.
"Çay" və "qaraqoyunlu" komponentlərindən düzəlmiş toponim "çay kənarındakı Qaraqoyunlu kəndi" mənasındadır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi Kəndin əhalisi 1705 nəfər təşkil edir ki, onun da 832 nəfəri kişi, 873 nəfəri isə qadındır.
Kənddəki yer adları
Bulaqlar Kamil bulağı Qarağac suyu
Dağlar Sarı dağ Uzun dağ
Dərələr Ayı su içən dərə Böyük dərə Qaraqoyunlu dərəsi Yavulqan dərəsi Hürüqaçan dərəsi Əyri dərə Narlıca dərəsi Ölü dərə
Qayalar Səs verən qaya / Səsli qaya
Təpələr Quzğun təpə Qulaqlı təpə Şiş təpə
Düzlər Bayan düzü Böyük taxta düzü
Nüylər İydəli nüy Palıdlı nüy
İstinadlar
Kateqoriya:Şəki rayonunun kəndləri