Məmmədbəyov Mirzə Yusif xan Məhəmməd xan oğlu () — Qarabağ xanları nəslindən gələn azərbaycanlı dövlət xadimi, mühəndis, Azərbaycan Xalq Cümhuriyyəti Yollar, Poçt və Teleqraf nazirinin müavini.

Həyatı Mirzə Yusif xan 1866-cə ildə Təbriz şəhərində anadan olmuşdur. Dövrünə görə yaxşı təhsil aldığı üçün Mirzə ləqəbi almışdır. 1899-cu ildə Tiflis gimnaziyasını bitirmiş, ilk öncə Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olsa da, Peterburq Yollar İnistitutundan məzun olmuşdur. Təhsili bitirdikdən sonra Cənubi Qafqaz Yollar İdarəsində çalışmış, Ağstafa və Bakı sahələrinin rəisi. olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun dövlət orqanlarında çalışmış, 1919-cu ilin mart ayından ADR-in Yollar, Poçt və Teleqraf nazirinin müavini olmuşdur. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra İrana mühacirət etmişdir. 1934-cü ildə elə orada vəfat etmişdir.

Ailəsi 150px|thumb|Məhəmmədəli xan Cavanşir|left Yusif xan Qarabağ xanı İbrahimxəlil xanın soyundan idi. Onun ulu babası Əbülfət xan Tuti İbrahimxəlil xanın oğlu idi. Yusif xanın babası Məhəmmədəli xan Cavanşir Qacar ordusunda general-leytenant kimi xidmət etmiş, daha sonra Cənubi Qafqaza köçərək burada yaşamışdır. Atası Məhəmməd xan Cavanşir diplomat olmuş və Qacar dövlətinin Tiflis səfirliyində çalışmışdır. 7 oktyabr 1897-ci ildə Tiflis konsulluğunda baş münşi işləyərkən yaşına görə təqaüdə çıxmışdı. Mirzə Məhəmməd xanın törəmələri Məmmədbəyov soyadını daşıyırdılar. Mirzə Məhəmməd xanın Yusif xan, Davud xan adlı oğulları vardı. Yusif xan Həmidə Cavanşir-Məmmədquluzadənin qızı Mina xanım İbrahim bəy qızı Davatdarova ilə ailə qurmuşdu. Rəşid bəy, Murad bəy adlı oğulları vardı.

Həmçinin bax Əbülfət xan Tuti İstinadlar

Mənbə

Kateqoriya:Cavanşirlər Kateqoriya:Azərbaycan mühəndisləri Kateqoriya:Azərbaycanlı mühəndislər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin nazir müavinləri Kateqoriya:Rusiya imperiyasındakı Tiflis gimnaziyalarının məzunları