thumb|right|300px|Şuruppakdan tapılmış gil üzərində mixi yazı, eradan əvvəl 2600-cü il Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar.

Qədim yazı növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər.

Mixi yazılarının oxunması Mixi yazı kitabələrinin oxunmasına ilk dəfə alman alimi Q. Qrotefend başlamış (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.

İnsanlar hələ neolit dövründən piktoqramlar – şəkli yazılar vasitəsilə öz fikirlərinin ifadəsinə çalışmışlar, lakin piktoqramlarla yalnız fikrin mahiyyətini çatdırmaq mümkün idi, mürəkkəb fikirlərin dəqiq ifadəsi çətin idi, çünki piktoqramlarda dilin lüğət tərkibi və qrammatik quruluşu fəaliyyətdə deyildi. Ona görə də tədricən hər biri konkret bir anlayışın ifadəçisinə çevrilmiş ideoqramlar yaranmışdır. E.ə. 3200–3100-cü illərə aid çoxlu şumer ideoqramları tapılmışdır, lakin bu cür yazı forması da rabitəli nitqi ifadə edə bilmirdi. Ona görə də ideoqramlardan loqoqramlara və sonra da fonoqramlara keçilməsi lazım gəlmişdir. Tədricən qrammatik formantların fonetik işarələrlə verilməsi güclənmişdir. "Ardıcıl olaraq qrammatik formantların verilməsi üçün fonetik işarələrin sayı artır və təqribən 2500-cü ildən (Laqaşda Eannatumun hakimiyyəti dövründən), demək olar ki, bütün qrammatik formalar və köməkçi sözlər söz sırası və qrammatik göstəricilərə əməl olunmaqla canlı dilə uyğun şəkildə ifadə edilir. Ancaq bu zaman mə’lumatların qrafik verilməsi həqiqi mənada yazı şəkli alır…" (9; 41–42)

Bu cür yazı növü loqoqrafik-sillabik (söz-heca) yazı növü adlanır və daha etibarlı olub, istənilən mətnin düzgün verilməsinə kömək edir.

Şumer dili tədqiqatçılar tərəfindən bir neçə inkişaf mərhələsinə ayrılır. İ. M. Dyakonov dövrləşdirməni aşağıdakı şəkildə aparmışdır: Arxaik dövr – e.ə.2800–2500-cü illər; Qədim şumer dili dövrü – e.ə.2500–2310-cu illər; Şumer dilinin keçid dövrü – e.ə.2300–2100-cü illərde Yeni şumer dili dövrü – e.ə.2200–2000-ci illər; Sonrakı şumer dili dövrü – e.ə.2000-ci ildən canlı şumer dilinin sonunadək olan dövr. E.ə.1600-cü ildən sonrakı dövr isə şumerdən sonrakı dövr hesab olunur. Şumer dili eramızın I əsrinədək elm və din dili kimi işlədilmişdir.(9; 44–46)

İ. T. Kaneva tərəfindən bu dövrlər bir qədər də dəqiqləşdirilmiş, yazının və Şumer mətnlərinin xarakteristikası verilmişdir:

1. Arxaik dövr (piktoqrafiya dövrü, qrammatik morfemlər qrafik ifadəsini tapmır. İşarələrin sırası yazıda onların oxunuşuna uyğun gəlmir) – protoyazı dövrü -e.ə.3000–2750-ci illər; bu dövrdə Şumer dili danışıq dili və rəsmi dil olmuşdur; bu dövrə aid təsərrüfat, hüquq və məktəb mətnləri qalmışdır;

2. Qədim şumer dili dövrü (vacib qrammatik morfemlərin qrafik işarələri müşahidə olunur; Eannatumun hakimiyyətinə qədər (e.ə.2400-cü il) yazıda işarələrin sırası onların oxunuşuna uyğun gəlməyə bilir) – ilkin sülalələr dövrü – e.ə. 2750–2315-ci illər; Şumer dili danışıq dili və rəsmi dil kimi işlənmişdir; təsərrüfat, hüquq, tikinti mətnləri, şahlara həsr olunmuş mətnlər və ədəbi əsərlər qalmışdır;

3. Keçid dövrü – Akkad sülaləsi dövrü – e.ə.2315–2200-cü illər; şumer dili akkad dili ilə yanaşı, danışıq və rəsmi dil kimi işlənmişdir (məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda); təsərrüfat və çar yazıları (çar yazıları çox vaxt iki dildə – akkad və şumer dillərindədir);

4. Yeni şumer dili dövrü (yazılı mətn demək olar ki, bütün qrammatik morfemləri əks etdirir və canlı nitq axınına uyğun gəlir) – II Laqaş sülaləsi (e.ə.2136–2104-cü illər), III Ur sülaləsi (e.ə. 2100–2000-ci illər) dövrləri; şumer dili məktəblərdə, mə’bədlərdə, dəftərxanalarda rəsmi dil kimi işlənmişdir; saysız təsərrüfat yazıları, hüquq mətnləri, qanunlar, çar yazıları, ədəbi yazılar və s. qalmışdır;

5. Daha gec yaranmış şumer mətnləri (mətnlər demək olar ki, nitqi tam əks etdirir; leksika və qrammatikada akkad dili tə’siri və qrammatik qüsurlar müşahidə olunur); I İssin sülaləsi (e.ə.2017 – 1794-cü illər), Larsa sülaləsi (e.ə.2025 – 1763-cü illər), I Babil sülaləsi (e.ə.1894–1749-cu illər) dövrləri; şumer dili yalnız məktəblərdə öyrənilir; ikidilli çar yazıları, şumer-akkad lüğətləri, leksik, qrammatik və terminoloji sorğular, əvvəlki dövrlərdə yaranmış ədəbi əsərlərin kopiyaları, üz köçürmələri və bu dövrdə yaranan ədəbi əsərlər, çar himnləri, akkad hüquq mətnlərində çoxlu şumer sözləri və s.;

6. Şumerlərdən sonrakı dövr mənbələri (qrammatik səhvlər çox olduğundan bu mətnlər şumer dilinin qrammatikasını öyrənmək üçün əlverişli sayılmır) – e.ə.1749 – e.ə. II əsrlər; Şumer dili yalnız məktəblərdə öyrənilir; əvvəlki dövrlərdə yazılmış mətnlərin kopiyaları; təhrif olunmuş şumer dilində orijinal mətnlər (ağılar, andlar, çar yazıları, məsəllər, akkad dilində şumer ifadə və sözləri və s.). (8; 13–14)

Ön Asiyanın qədim dilləri, xüsusilə qədim şumer yazıları bəşərin uzaq keçmişi, neçə min il əvvəlki inkişaf səviyyəsi barədə misilsiz mə’lumat verir, bizi 5–6 min il əvvəlki əcdadlarımızla qovuşdurur. İ. M. Dyakonov yazır: "Qədim Ön Asiyanın dilləri yalnız dünyanın ilk sivilizasiyası olmaq e’tibarilə maraq doğurmur, belə bir sivilizasiya dilçi üçün həm də ona görə böyük maraq doğurur ki, bu ən qədim sivilizasiyanın yazılı abidələri bəşərin bütün sosial və mədəni inkişafının əsasını qoymuşdur, bizə ən qədim dövrlərdən başlayaraq bir neçə min il müddətində hərəkətdə olan fakt mühafizə edib saxlamışdır. Bu faktlar bizə dilin inkişafını bu inkişafın qısa kəsiyində deyil, uzunmüddətli inkişafı ərzində öyrənməyə imkan verir." (9; 7)

Uruk mədəniyyətinin son mərhələsi (IV minilliyin sonu, III minilliyin əvvəli) protoyazı dövrü sayılır. Gil lövhələr üzərində bu dövrə aid çoxlu yazı tapılmışdır. Bunlar piktoqramlardan (şəkli yazıdan) ibarətdir. Piktoqramları Uruk sakinləri yaratmışlar.

thumb|right|300|Assuriya-Babil mixiləri 1853-cü ildə Qoyuncuq adlanan ərazidə aparılan qazıntı zamanı Assur hökmdarı Aşşurbanipalın saray kitabxanası aşkar edilmişdir. Kitabxanada mixi yazı ilə 25 mindən artıq kitabə meydana çıxarılmışdır. Bunlar şumerlər, babillilər və assurlar tərəfindən hazırlanmışdır. Gilqameş dastanının bir hissəsi burada, bir hissəsi Nineviyada tapılmışdır.1850-ci illərdə Xorsabat qazıntıları zamanı Assur hökmdarlarının siyahısı tapılmışdır. 1854-cü ildə Ur şəhərinin axtarışları zamanı Qatran-təpə yaxınlığında yeni şumer kitabələri aşkar edilmişdir. 1877–1900-cü illərdə Fransanın Bəsrədəki səfiri Ernest de-Sarzek Laqaş qazıntıları zamanı 30 minə qədər mixi kitabə meydana çıxarmışdır. Suriya, Türkiyə, İran, Misir ərazilərindən də qədim mixi yazılar tapılmışdır. Nineviyadan 25 mindən çox, Arraphadan 4 min, Şuşarradan 150, Aşşurdan 700, Nippurdan 720, Babil, Borsippa, Sippar və s.-dən 10 min, Maridən 20 min, başqa yerlərdən yüzlərlə sənəd tapılmışdır. (7; 58–60) Təkcə Moskvanın A. S. Puşkin muzeyində 2000-dən artıq mixi yazı lövhəsi saxlanılır. (17; 11)

Şumer yazıları təsərrüfata aid sənədlərdən, dövlət sənədlərindən və daha çox bədii ədəbiyyatdan ibarətdir. Bu yazılar içərisində himn və ağlaşmalar, qəhrəmanlıq dastanları, maraqlı hekayələr, zərb-məsəllər, hikmətlər, məktəb hekayələri, elmi biliklərə dair yazılar və s. vardır.

Qədim Şərq ölkələri tarixinin öyrənilməsinə XIX əsrin ikinci yarısından başlanmışdır. Bu sahədə ilk ciddi əsər XIX əsrin sonunda fransız alimi Q. Maspero tərəfindən yazılmışdır. Eduard Meyerin "Qədim tarix" (1895), rus şərqşünası B. A. Turayevin "Qədim Şərq tarixi", V. V. Struvenin "Qədim Şərq tarixinin qısa kursu" (1934), V. İ. Avdiyevin "Qədim Şərq tarixi" (1948) dərsliyi və b. əsərlər arxeoloji qazıntı materialları və digər mənbələr əsasında, mixi yazıların oxunmuş mətnləri əsasında Qədim Şərq haqqında mə’lumatı tədricən genişləndirmiş və dərinləşdirmişdir. V. İ. Kuzişşinin redaktəsi altında 1979-cu ildə çap olunmuş "Qədim Şərq tarixi" dərsliyində qədim Şərq xalqlarının tarixi dövrləşdirilmiş, üç mərhələyə ayrılmışdır: birinci mərhələ – e.ə. IV minilliyin sonu və III minilliyi; ikinci mərhələ: e.ə. II minillik və birinci minilliyin əvvəli; üçüncü mərhələ: e.ə. I minilliyin ortasından eramızın I minilliyinin ortasına qədərki dövrü əhatə edir. Bu cür başqa bölgülər də vardır.

Mixi yazıların oxunması üçdilli (qədim fars, babil və elam dillərində) Bisütun yazılarının oxunması ilə mümkün olmuşdur. Əvvəlcə XIX əsrin 30-cu illərində (1837) H. Raulinson qədim fars mixi yazılarını oxuya bilmişdir. Bundan sonra o, Babil dilində olan mətni oxumağa başlamışdır. Bisütun yazısının elam mətnini 1855-ci ildə K. E. Norris oxuya bilmişdir. Mə’lum olmuşdur ki, qədim fars mixi yazısı 40, elam – 111, babil – 600 işarədən ibarətdir. Və yenə mə’lum olmuşdur ki, mixi yazılar bütöv mə’naya malik işarələrdən, hecayi yazıdan və fonetik yazıdan ibarət olmaqla üç cürdür. (7; 66–68) 1857-ci ildə mixi yazını oxuyanlar – E. Hinks, H. Raulinson, Y. Oppert, F. Talbot birlikdə özlərini sınamış və hamısının eyni mətni ayrılıqda düzgün oxuduğu mə’lum olmuşdur. thumb|right|300|Şumer mixi yazısı Bu da təsdiq olundu ki, mixi yazıları ilk dəfə tətbiq edən xalq şumerlər olmuşdur. Bundan sonra dünyanın görkəmli şumerşünasları şumer dilinin hansı dil ailəsinə məxsus olduğu barədə fikir söyləməyə başlamışlar. Alman alimi Q. Vinkler, fransız alimi E. Reklü, rus alimi L. Reder, türk alimi Ahmet Cavat şumer dilinin türk-turan dillərindən olduğunu söyləmişlər. Q. Vinkler yazmışdır: "Bizə çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın bu ilk dili barəsində bizdə müəyyən fikir yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir". (18; 6–7) E. Reklü: "…assuroloqlar… təəccüb içində gördülər ki, ən qədim oxşəkilli yazıların dilində İran və sami dillərinə xas olan cizgilər qətiyyən yoxdur, əksinə, Turan və Ural-Altay dilləri ilə bir qohumluq vardır. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisaqi dillər tipinə aiddir və öz xarakterinə, özünəməxsus daxili fleksiyasına görə tamamilə başqa dildir".(19; 466)

L. Reder: "Şumerlərin dili ayrıca bir dildir. …Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər." (20; 150) Ahmet Cavat: "Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mö’təbər əsər nəşr etdirən Voolley şumerlərin morfoloji cəhətdən "əski türkcəyə bənzər" bir dildə danışdıqlarını qəbul edir." "Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü subut ikidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut". (21; 10,58–59)