The Mass — Era musiqi layihəsi adından 2003-cü ildə məşhur musiqiçi Eric Lévinin çıxardığı The Mass albomundan olan son sinql. Mahnı məşhur alman bəstəkarı Carl Orffun bəstlədiyi musiqilərin motivləri əsasında Eric Lévi tərəfindən işlənmişdir. Mahnıda vokal partiyaların ifaçısı Guy Protheroedir.

The Mass mahnısı Era musiqi layihəsinin ən uğurlu işlərindən biri olmuş və onu bütün dünyada tanıtmışdır. Ümumiyyətlə The Mass albomu Era musiqi layihəsinin bütün dünyada tanıdılmasında mühüm rol oynamışdır. Təkcə onu qeyd etmək yetər ki, albom bütün dünyada 2,5 milyon nüsxəylə satılmışdır.

Mahnıya çəkilən klip də uğurlu olmuşdur. Belə ki, klipdə yer alan tarixi dekorasiya və geyimlər böyük marağa səbəb olmuşdur.

Şəkillər

Həmçinin bax The Mass (albom) Era

Xarici keçidlər YouTube — da bax

Kateqoriya:Era mahnıları Kateqoriya:2003-cü ilin mahnıları