250 px|thumb|Araxçın Araxçın və ya tübətəy (, , , , , ) — Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Krımda yayılmış milli baş geyimi. Əsasən əlavə baş geyimi kimi tanınıb.

Araxçını əsas baş geyimlərinin (papaq, çalma) altından geyinərdilər. Əsasən dəyirmi formada olan araxçınları bir rəng parçadan hazırlayırdılar. Sonradan üzərlərinə müxtəlif ornamentlərdən bəzəklər vurulur və bayramlarda Milli baş örtüyü olaraq geyinilirdi.

XVIII əsrdə ən çox yayılmış baş geyimlərindən biri araxçın idi. Lakin bu araxçınlar XVI–XVII yüzilliklərdəki araxçınlardan arxa tərəfdə hörük torbasının olmaması ilə fərqlənirdi. Bəzi yerlərdə qadınlar baş örtüyünün altından araxçın qoyardılar. Çox vaxt bu araxçınların üstünə qızıldan kəsilmiş müxtəlif formalı çaxma bəzəklər tikərdilər. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araxçınlar çox geniş yayılmışdıhttp://azerbaijan.tourism.az/index.php?/az/topmenu_content/1782 Azərbaycan milli geyimləri.

Namaz qılan kişilərin istifadə etdiyi araqçınlar əsasən sadə ağ rəngdə olur. Namaz qılınarkən başda araqçının olması kişinin başı bağlı olmağı səbəbilə daha bəyənilən sayılır.

İstinadlar

Kateqoriya:Geyim Kateqoriya:Azərbaycanın milli geyimləri Kateqoriya:Azərbaycan dilində sözlər və ifadələr Kateqoriya:Özbəkistanın milli geyimləri