Güneyxırman (əvvəlki adı: Günəyqaler) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Günəyqaler kəndi Güneyxırman kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyxırman kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Toponimikası Kəndi Güneyçartar kəndindən çıxmış ailələr keçmiş əkin yerində salmışlar. Gəlmə ermənilər kəndin adını Guneyqaler (qaler erm. "xırman" deməkdir) kimi rəsmiləşdirmışdilər. 1992-ci ildən kəndin keçmiş adı özünə qaytarılmışdır. Oykonim güney (gün tutan yer) və xırman (taxıl zəmisi, taxıl döyülən yer) komponentlərindən düzəlib, "güneydəki, cənubdakı xırman" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Güneyxırman kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri