İbrahim Göyçaylı (tam adı: Əsgərov İbrahim Məhəmməd oğlu) — Şair, jurnalist. Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində "Ədəbiyyat və İncəsənət Redaksiyası"nın baş redaktor müavini.
Həyatı İbrahim Göyçaylı 1936-cı il, noyabrın 12-də Göyçay rayonunun Alıkənd kəndində anadan olmuşdur.
1943-cü ildə Göyçay şəhərində orta məktəbə gedib. 1953-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1953–1958).
Əmək fəaliyyətinə qəzetdə müxbir kimi başlayıb. Sonra Azərbaycan Dövlət Nəşriyyatında redaktor, "Mədəni ticarət", "Za kulturnuyu torgovli" qəzetlərində baş redaktor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində redaktor, şöbə müdiri, baş redaktor kimi vəzifələrdə çalışıb. 1983-cü ildən 2007-ci ilə qədər baş redaktor müavini vəzifəsində fəaliyyət göstərmişdir.
Ümumilikdə, Azərbaycan Dövlət Radiosunda 40 ilə yaxın müddətdə fəaliyyət göstərmiş, radionun formalaşmasında xüsusi xidmətləri olmuşdur.
2006-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.
2007-ci il, fevral ayının 24-də, uzun sürən xəstəlikdən sonra 70 yaşında vəfat etmişdir.
Yüzdən çox şerinə mahnılar bəstələnib, tanınmış sənətkarlar tərəfindən ifa olunub.
Kitabları Dalğalar qoynunda. Bakı: Azərnəşr, 1966 Yadigar sözlər. Bakı: Azərnəşr, 1969 Gözlərinin işığında. Bakı: Gənclik, 1973 Qərənfil işığı. Bakı: Gənclik, 1979 Qoymayın qızları kədərlənməyə. Bakı: Yazıçı, 1982 Ulduzlar nədən danışır. Bakı: Gənclik, 1984 Vaxt soruşsa. Bakı: Yazıçı, 1986 Песня голубой вершины. (Mavi zirvənin nəğməsi). Москва: Советский писатель, 1987 Uzaq haraylara isinmir ürək. Bakı: Yazıçı, 1991 Ümiddən uzun gecə. Bakı: Azərbaycan Ensiklopediyası N. P. B., 1997 Lirika. Bakı: Gənclik, 2001 Ümid yeri. Tehran: 2003 Yaşadığım bu dünya. Bakı: Gənclik, 2004 Fikrimin sabahı. Bakı: Şirvannəşr, 2005 Ömrümüz su kimi. Bakı: Şirvannəşr, 2005
İstinadlar
Xarici keçidlər Haqqında daha ətraflı Son poeması İ.Göyçaylı. (Əsgərov İbrahim Məhəmməd oğlu) Yaşadığım bu dünya / İ.Göyçaylı; red. Q.İsabəyli. – Bakı: Şirvannəşr, 2004, 200 s. T.Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə). Ensiklopedik məlumat kitabı. Bakı, “Nurlar”, 2011, s. 450.
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Göyçay rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər