() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir — CR B2ab(v). Azərbaycanın nadir və endemik növüdür. Regional IUCN Statusu: CR B2ab (v).
Təsviri Çoxillik ot bitkisidir. Soğanaqlı, yumru, yumurtavari, 1–1,5 sm yoğunluğunda, qara və ya qara-qonur, dərivari qınlıdır. Gövdə 6–14 sm hündürlüyündədir. Yarpaqlar üçkünc, neştərşəkilli, küt, çiçəyə bərabər və ya qısa, parlaq-yaşıldır. Çiçəklər 1–5 ədəd ağ və ya çirkli ağdır. Qutucuğu uzunsov-ellipsvari, hər iki ucdan sivridir.
Ekologiyası Çiçəkləmə və meyvə əmələgətirmə dövrü fevral-mart aylarına təsadüf edir. Soğanaq yumruları və toxum vasitəsilə çoxalır. Aşağı dağ qurşağında quru otlu, daşlı, çınqıllı yamaclarda yayılmışdır. İşıq sevəndir. Dekorativ bitkidir. Populyasiyanın sayı azdır. Yeganə lokalitetində mənfi antropogen təsirlər itmə təhlükəsi yaradır. Ancaq bir bitmə yeri məlumdur. Məhdudlaşdırıcı amillər antropogen (əhali tərəfindən çiçəklərin və soğanaqların yığılması) və zoogen amillər.
Mühafizə tədbirləri Mühafizə tədbirləri görülməyib.
Azərbaycanda yayılması Diabar (Lerik rayonu, Qosmalyan kəndi). Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında becərilir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gürcüstan florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:İran florası Kateqoriya:Rusiya florası Kateqoriya:Bitkilər Kateqoriya:Ermənistan florası Kateqoriya:Bağ bitkiləri Kateqoriya:Türkiyə florası