Doşulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Balyand kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Cənubi Azərbaycandan gəlmiş Doşu və Gəybəy adlı iki qardaş burada məskunlaşaraq indiki Doşulu və şəybəy yaşayış məntəqələrinin əsasını qoymuşlar. Oykonim Doşu (Ģ.a.) və -lu (mənsub.şək.-si) komponentlərindən düzəlib, "Doşuya məxsus kənd, doşulular" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri