Seyid Cəfər Pişəvəri (tam adı: Seyid Cəfər Mircavad oğlu Pişəvəri, , ; ) İran və Azərbaycan-sovet siyasətçisi, publisisti, jurnalisti, İran kommunist partiyasının təsisçilərindən biri, Azərbaycan Demokrat Firqəsinin sədri, Azərbaycan Milli Hökumətinin prezidenti (1945–1946).
Həyatı
Uşaqlıq illəri Mir Cəfər Mircavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da (hicri tarixlə 1313-cü il səfər ayının 13-də) Cənubi Azərbaycanda, Xalxal mahalının Zeyvə kəndində anada olub. O zaman Zeyvə kəndinin sakinləri əsasən seyidlərdən ibarət olduğundan bu kəndə xalq arasında "Seyidlər Zeyvəsi" deyilir. Həm də Xalxaldakı digər Zeyvə kəndindən onu fərqləndirmək üçün bu kənd "Seyidlər Zeyvəsi" adlandırılmış və hal-hazırda kənd bu adı daşımaqdadır. Seyidlər Zeyvəsi Ərdəbil tərəfdən Təbrizin 334, Miyana tərəfdən 271, Xalxalın isə 30 km. də yerləşir və hazırda Ərdəbil əyalətinə daxildir.
Pişəvərinin doğulduğu Zeyvə kəndi Xalxal şəhərinin cənubunda, Alışma kəndi ilə Dəvə ölən dərəsi qonşuluğundadır. XIX əsrin axırında 550 ailədən ibarət olan bu kənddə hazırda 1000-dək ailə yaşayır ki, onların da əksəriyyəti seyidlərdir. ata babası Kəlbəlai Miryəhya və onun oğlu (Pişəvərinin atası) Mircavad ağa mahalda yaxşı tanınan Seyid Mirəzizli tayfasındandır ki, bu tayfanın bir qolu da Pişəvərinin anası Seyid Səkinə xanımın nəsil şəcərəsi — məşhur Təbatəbailər nəsli ilə əlaqələnir. Pişəvərinin atası Mircavad Kəlbəlai Miryəhya ağanın ikinci arvadından olduğundan o, qardaşları ilə ögey atabir, ana ayrı idilər. Kəlbəlai Miryəhya ağa ortabab kəndli olmuş, onun bağı, əkin sahəsi, mülkü və bir miqdar mal-heyvanı olmuşdur. O, dünyasını dəyişdikdən sonra qardaşları Mircavad ağanın vərəsəlik payına da insafsızcasına sahib çıxdıqları üçün Mircavad qardaşlarından incik düşmüş və bu inciklik Mircavadın ailəliklə Azərbaycan SSR-nin paytaxtına — Bakıya köçməsinə səbəblərdən biri kimi göstərilir. Mircavad 20 yaşında olarkən qonşu Kivi kənddən, Seyid nəslindən olan Seyid Səkinə xanımla ailə qurur. Doğularkən tələf olmuş iki uşağı nəzərə almasaq, Seyid Səkinədən üç oğlan: Mircəfəri, Mirxəlil, Mirsəlim və iki qız: Seyid Cavahir (Rüsxarə), Seyid Suğra dünyaya gəlmişdir. 101 yaşında vəfat etmiş Suğra xanım ailələri haqqında xatirələrdə söyləyir:
Cavadzadələr ailəsinin Azərbaycan SSR-nə köçməsinin səbəbi təkcə ata mirası üstündə qardaşlar arasında olan mübarizə deyildi. Nasirəddin şahın ölümündən sonra yerinə keçmiş xəstə oğlu Müzəfərəddin şahın dövründə dərəbəylik və soyğunçuluq xeyli yayılmışdı. Bu dövrü Seyid Cəfər Pişəvəri xatirələrində belə qeyd edir:
Bu vəziyyət minlərlə güneyli ailələr kimi Cavadzadə ailəsini də 1905-ci ilin martında anadan olduğu kəndi tərk edib Bakıya köçmək məcburiyyətində qoymuşdur. Mircavad Bakıya köçüb gələrkən onun Xalxalda qalan Rüxsarə qızı ailəli və xəstə olduğundan Arazın bu tayına gələ bilməmiş və bir müddət sonra o vaxt amansız sayılan, malareya (qızdırma) xəstəliyindən əvvəl özü, sonra isə ailə üzvləri bir-bir dünyalarını dəyişmişdir.
XX əsrin başlanğıcında İran Azərbaycanında baş vermiş xalq çıxışlarına, xüsusən Səttarxanın başçılıq etdiyi Məşrutə inqilabına İran Azərbaycanının hər yerində olduğu kimi Xalxal mahalında da böyük rəğbət var idi. Seyid Cəfər Pişəvərinin atası Mircavad Məşrutə mücahidlərinə dəfələrlə öz mənzilində yer vermiş və özü də bu hərəkatın başlanğıcında ona qoşulmuşdur. Bunu S. C. Pişəvərinin bacısı Suğra xanımın xatirələrində də görmək olar:
Mircavad ailəsi ilə birlikdə Bakıya köçməmişdən əvvəl o, bu şəhərlə tanış idi. Zeyvədə əkin-biçin qurtaran vaxt ailəsini dolandırmaq xatirinə işləmək üçün Bakıya gəlmişdi. Bu mənada Bakı onun üçün əvvəldən tanış idi. Ümumiyyətlə İranşünas alim İvanovun verdiyi məlumata görə, XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı neft mədənlərinə və Qafqaz şəhərlərinə Arazın o tayından gələnlərin sayı orta hesabla 200 min nəfərə çatmışdı. Pişəvəri öz məqalələrinin birində Arazın bu tayına gələn həmvətənlərinin acı taleyindən bəhs edərək yazırdı:
İrandan baş götürüb Azərbaycan SSR-nə üz tutanlardan biri də Mircavad Miryəhya oğlu Cavadzadənin ailəsi idi. Bu ailə Bakıya 1905-ci ilin Novruz bayramı ərəfəsində daxil olmuşdu. Onlar əvvəl Bakının ətrafında yerləşən Bülbülə kəndində bir həmyerlisinin evində qalsalar da, sonradan Sabunçu qəsəbəsinə köçüb və burada məskunlaşmışdılar.
Gənclik illəri S. M. Pişəvəri 5 yaşında ikən atası onu kənddə molla Miribrahimin Quranı və Şəriəti tədris edən mədrəsəsinə verir. iti hafizəyə və tez qavrama qabiliyyətinə malik olduğundan Mircəfər qısa müddətdə quranı bitirir və çox zaman zəif yoldaşlarına köməklik də edirmiş. Ailəsi ilə Bakıya gəldikdən sonra S. M. Pişəvəri bir müddət Bülbülədə, sonra isə Sabunçuda təhsilini davam etdirir. Özünün hazırcavablığı və dərsdə verilmiş tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirməsi məktəbin müəllim kollektivinin diqqətini çəkir və onların razılığına səbəb olur. Atasının aldığı əməkhaqqı altı nəfərdən idarət ailəni dolandırmağa, üstəlik uşaqlar üçün pal-paltar, məktəb ləvazimatı, ev kirayəsi və s. üçün heç cür kifayət etmirdi. Bu məsələ həddi-buluğa çatmaq üzrə olan məktəbli Seyid Cəfəri valideynləri ilə bərabər narahat edirdi. Bir gün o, məktəb müdirinə ona məktəbdə hər hansı bir iş verməsini xahiş edir. Müəllim kollektivinin həmişə razılıq etdiyi və ailəsinin maddi vəziyyəti ağır olan şagirdin xahişi məktəb müdiri tərəfindən qəbul olunur. Bu haqda məktəb müdirinə yaxın olan Pişəvərinin həmyerlisi Əhmədzadə də məktəb müdirindən xahiş etmişdi. S. M. Pişəvəri oxuduğu məktəbdə əmək fəaliyyətinə başlayır. Sonralar o, "Ajir" qəzetində "Mənim həyatım" adlı xatirələrində yazır:
Suğra xanım Pişəvərinin o dövründəki əmək və təhsil fəaliyyətini qiymətləndirərək deyir:
Məktəbin ibtidai sinfini əla və və yaxşı qiymətlərlə başa vurduqdan sonra S. M. Pişəvəri Bakıda kı "İttihad" (birlik) məktəbinə, sonra isə "Darul-müəllimin" (Pedaqoji məktəb) mədrəsəsinə daxil olur və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsilə vaxtı ilə özünün oxuduğu, "İttihad" məktəbinə müəllim təyin olunur. "ittihad" məktəbi ilə yanaşı Bakı bələdiyyəsinə məxsus olan 9 №-li məktəbdə də ərəb, fars və islamiyyət fənlərindən dərs deyir.
Xırdalan kəndində müəllimlik fəaliyyətinə başlar-başlamaz kirayədə qaldığı evin bir otağını savad almaq həvəsində olan həmyerlilərinin uşaqları və yaşlılar üçün dərs otağına çevirir. O zaman Xırdalan kəndində Güneydən gələn xeyli ailə yaşadığından S. M. Pişəvəriyə şagird toplamaq çətin olmur. S. M. Pişəvərinin maarifçilik fəaliyyəti haqda onun bacısı Suğra xanımın xatirələrində yazır:
S. M. Pişəvərinin gənclik illəri hər cəhətdən, elmi-mədəni, maarifçilik, siyasiiqtisadi və s. cəhətdən Bakının intibahlı qaynar dövrünə təsadüf etdiyindən bu qaynar mühit S. M. Pişəvərinin şəxsi həyatında, təfəkkür və mübarizəsində təsirsiz qala bilməzdi. Oxumağa, öyrənməyə böyük maraq və həvəs göstərən, millətinin çıxış yolunu erkən yaşlardan arayıb-axtaran bu gənc bir çıxış yolunu da elmin əsaslarını öyrənməkdə və savadlı olmaqda görürdü. O, özü bu haqda sonralar yazırdı:
Mətbuat sahəsindəki fəaliyyətləri S. M. Pişəvərinin müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. S. M. Pişəvərinin yeniyetmə və gənclik illərində Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən "İrşad", "Həyat", "Təkamül", "Dəvət" "Qoç", "YoldaŞ", "ittifaq", "Tərəqqi", "Həqiqət", "Sədaye Bakı", "Sədaye vətən", "Sədaye Qafqaz", "Açıq söz", Güney Azərbaycanda çap edilən "Fəryad", "Şuraye İran" "Mükafat", "Naleye millət", "Şəms" qəzetləri, eləcə də "Molla Nəsrəddin", "Füyuzat", "Zənbur", "Tuti", "Məktəb", İrəvanda çap olan "Leylək" və s. müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan S. M. Pişəvərinin ədəbi-siyasi cəhətdən formalaşmasında və inkişafında, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında müstəsna rol oynamışlar. Rusiyada fevral 1917-ci il və ondan az sonra baş vermiş dövlət çevrilişləri çar Rusiyası ərazisində, o cümlədən Cənubi Qafqaz bölgəsində siyasi ab-havanı dəyişdi. V. İ. Leninin verdiyi dekretlər, Rusiyanın və şərqin müsəlman xalqlarına ünvanlanmış şirin vədlər və müraciətlər bir çox azərbaycanlı ziyalılar kimi S. M. Pişəvəriyə də təsirsiz ötüşməmişdi. Bu təsir onu maarifçiliklə demokratlıqdan kommunistliyə doğru meyilləşdirmişdi. Bu işdə S. M. Pişəvərinin yaxın münasibətdə olduğu Nəriman Nərimanovun, Süleyman Mirzə İskəndərinin, Heydər xan Əmioğlunun, Əsədulla Qafqazzadənin, Mirbəğir Qasımovun, İranın nicatını və azadlığını kommunist məsləkinin qələbəsində görən digər şəxsiyyətlərin gənc Pişəvəriyə təsiri danılmazdır. Oktyabr inqilabına qədər S. M. Pişəvəri bir növ ideoloji xətt, məram axtarışında olmuşdur. O müxtəlif təşkilatlarda, cəmiyyətlərdə və dərnəklərdə iştirak edir, düşüncələrini və fikirlərini kağız üzərinə gətirir və qəzetlərdə çap etdirir. Biz bu dövrdə S. M. Pişəvərinin ilk məqaləsini Məhəmməd Əmin Rəsulzadənin redaktor olduğu "Açıq söz" qəzetində çap etdirdiyini görürük. Mərkəzi Təbrizdə olan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Demokrat firqəsinin Bakıdakı təşkilatı və onun üzvləri ilə əlaqə saxladığını S. M. Pişəvəri özü etiraf edir. 1917-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradılır. 1917-ci ilin aprelində partiyanın orqanı "Təcəddö" qəzeti çap olur. Arazın bu tayında olan İran təbəələri həmin təşkilatın Bakı şöbəsini təşkil edirlər. Bu şöbə Təbrizdə yerləşən MK ilə sıx əlaqə saxlayır, onun göstəriş və tapşırıqlarını yerinə yetirir. Güneydən gələn işçi qüvvəsi və ziyalılar Xiyabani məsləkinə köklənir və bir çoxu bu məsləkin yolçusu olurlar. Sonralar S. M. Pişəvəri "Ajir"də çap etdirdiyi xatirələrdə yazırdı:
1918-ci ilin yanvar ayında İran Demokrat Firqəsinin Bakı təşkilatının orqanı olan "Azərbaycan cüze layəntək İran" qəzetində əvvəl ədəbi işçi, sonra redaktor vəzifəsində işləyən S. M. Pişəvəri vətənin o tayında, Güney Azərbaycanda xüsusən Təbrizdə gedən mübarizəni və hadisələri addımbaaddım izləyir. İngilislərlə gizli sövdaləşməyə girmiş Vüsuq-dövlə hökuməti əleyhinə Xiyabaninin rəhbərliyi altında genişlənən xalq hərəkatı və onun fəalları ilə əlaqə saxlamağa çalıŞırdı. 1918-ci ilin payızında Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında Təbrizdə keçirilən izdihamlı mitinq və mitinq iştirakçıları adından Tehran hökumətinə göndərilmiş teleqramın məzmunu S. M. Pişəvərini daha artıq mübarizə meydanın mərkəzinə çəkib gətirdi. O, bunu xatirələrində də qeyd etmişdi. Təbrizdəki mitinq iştirakçılarının teleqramında deyilirdi ki, Azərbaycanlılar öz müqəddəratını mübhüm (şübhəli) siyasətə təslim etmiyəcəklər. Vüsuq-dövlələr, QəvamüSəltənələr, Əmin ol-məliklər kimi şübhəli adamlar millət başçısı olmamalıdırlar. Tehranda tam sədaqətli və inanılmış bir dövlət təşkil edilməyincə Azərbaycan xalqı mərkəzə tabe olmayacaqdır.
Siyasi mübarizə meydanına əvvəl maarifəçiliklə başlayan S. M. Pişəvəri sonra bu mübarizəni müxtəlif mətbuat əhatələrində getdikcə kəskinləşən və püxtələşən jurnalist yazılarında davam etdirmişdi. Onun ilk məqaləsi 1917-ci ilin fevral ayında Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi "Müsavat" partiyasının orqanı "Açıq söz" qəzetində çap edilir. Sonra o, bu qəzetdə əməkdaşlıqdan uzaqlaşır. Özünün məqalələrini, şeir və felyetonlarını "Azərbaycan cüze layənfək İran", "Ədalət", "Əkinçi" (2-ci dövrə) "Ən-cümən" "Həqiqət" və s. qəzet və dərgilərdə çap etdirir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, S. M. Pişəvəri öz məqalələrini, felyeton və şeirlərini vahid imzada verməmişdi. Bu da siyasi mühitdə onun təqib və izlənməsi, digər tərəfdən bir qəzetdə iki, bəzən daha çox məqalə çap etdirməsi ilə bağlı olmuşdur. 1919–1946 arasında onun yazılarında bizim rastlaşdığımız imzalar əsasən bunlar olmuşdur: M. C. Cavadzadə, M. C. Xalxali, Cavadzadə Xalxali, M. C. Seyid, M. C. Nadi, Əcul, Ə. C., Pərviz, Simrux, Səməndər, C. P., P və s. Bu imzaların S. C. Pişəvəriyə aid olduğu müəyyən