Azərbaycan pasportu — Azərbaycan Respublikasının vətəndaşlarına xaricə səfərlər üçün verilən sənəd. İstifadə müddəti 10 ildir. Viza və xüsusi qeydlər üçün 34 səhifəsi vardır. Azərbaycan və ingilis dillərindədir.
thumb|Sumqayıtdakı ASAN xidmətdən alınan pasportlar
Henley Tərəfdaşları Pasport İndeksinin 26 mart 2019 tarixindəki hesabatına görə 67 ölkə və ya ərazi Azərbaycan pasportunu vizasız, ya da vizanı girişdə verərək qəbul edir.
thumb|center|600px|Azərbaycan vətəndaşlarının vizasız yada sərhəd qapısında viza alaraq gedə bildiyi ölkələr.
Azərbaycan pasportu — Rəqəmsal foto ölçüsü və tələblər Azərbaycanda pasporta fotoşəkil üçün olan tələblər aşağıdakılardır:
Şəkildə üzü kameraya doğru baxmalısınız Arxa fon ağ rəngdə olmalıdır Kölgə olmamalıdır Gözlər açıq, ağız bağlı olmalıdır Ölçüləri: Eni: 30mm, Hündürlük: 40mm olmalıdır
Həmçinin bax Azərbaycanın viza siyasəti Azərbaycan vətəndaşları üçün viza tələbləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
İstinadlar
Kateqoriya:Pasportlar