Bağçakürd — Azərbaycan Respublikasının Goranboy rayonunun Bağçakürd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Bağçakürd ən qədim məskənlərdən biri olmuşdur.
Toponimikası Bağçakürd/Baxçakürd kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini r-nun ərazisindəki Balakürd, Səfikürd kəndlərindən fərqləndirmək üçün belə adlandırmışlar. 1961-ci ilədək Quba rayonunun Talabı inzibati ərazi vahidində Bağçaqaraxan adlı kənd olmuşdur. Krımın Leninskoye, Boqatoye yaşayış məntəqələrinin keçmiş adı Baxçı Eli olmuşdur. 1933-cü ildə Astara rayonunun Unuz inzibati ərazi vahidində Baxçalar adlı kəndin olduğu da məlumdur. Oykonimin birinci komponenti etnonim mənşəlidir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1649 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri