Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
Lifli halqa — (lat. anulus fibrosus) lifli birləşdirici toxumadan təşkil olaraq qulaqcıq-mədəcik dəstəsi — (lat. fasciculus atrioventricularis) keçən yerdən başqa tamamilə qulaqcıqların əzələ qişasını mədəciklərin əzələ qişasından ayırır. Lifli halqanın yan ucları bir qədər qalınlaşaraq üçbucaq şəklini alırlar və (lat. trigona fibroza) adlanırlar.
Mənbələr 50 px|left Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Atlas of Human Cardiac Anatomy — Endoscopic views of beating hearts — Cardiac anatomy Р. Д. Синельников. Атлас анатомии человека (4 тома) Anatomy: Embryologie
Kateqoriya:Anatomiya Kateqoriya:Ürək anatomiyası Kateqoriya:Ürək-damar sistemi