Ağalarova Bahar Əmirəli qızı () — Azərbaycan SSR əməkdar müəllimi (1942).
Həyatı Ağalarova Bahar Əmralı qızı 1884-cü ildə Varvara kəndində anadan olmuşdur. 1910-cu ildə Bakıda müsəlman qızlar üçün açılmış Qızlar gimnaziyasını bitirmişdir. Sovet müəllimi, tərbiyəçi, 1942-ci ildə Azərbaycanda ilk uşaq evinin təşkilatçısıdır.
SSRİ Ali Sovetinin 3-cü çağırış (1950—1954) və Azərbaycan SSR Ali Sovetinin II çağırış (1947—1950) deputatı olmuş, "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir.
16 fevral 1953-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Yusif Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.
İstinadlar
Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR əməkdar müəllimləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları