Yuxarı Veysəlli — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisində yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Füzuli rayonunun Veysəlli kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Füzuli rayonunun inzibati-ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi.

Toponimikası Keçmiş adı Veysəlli olmuşdur. Sonralar ondan yaranmış yeni kənd Aşağı Veysəlli, bu yaşayış məntəqəsi isə Yuxarı Veysəlli adlandırılmışdır. Veysəlli kəndin əsasını qoymuş nəslin adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Tarixi Kənd 22 fevral 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.

SSRİ dövründə kənd ərazisində "Sosializm" kolxozu təşkil edilmişdirNemət Veysəlli. "Ağbaşlı torpağı". "Yurdun ulu daşları" kitabı, Bakı, "Gənclik", 1988, səh. 47..

2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Coğrafiyası Yuxarı Veysəlli kəndinin ərazisi düzənlikdə Xocəvənd şəhərindən 3 km məsafədə, Füzuli şəhərindən 21 km məsafədə yerləşirdi.

Əhalisi 22 fevral 1992-ci ildə kənd işğal olunanadək kənddə 120 ev, əhalinin sayı isə 1000 nəfərə yaxın olmuşdur. Bütün evlər təbii qaz, elektrik, su və telefonla təchiz edilmişdir. Kənddə yeni orta məktəb, uşaq bağçası, kitabxana, tibb məntəqəsi, kinoklub, poçt, mağaza olmuşdur.

İqtisadiyyatı Yuxarı Veysəlli kəndində təşkil olunan “Sosializm” kolxozu üzümçülük, taxılçılıq və heyvandarlıq sahəsində rayonun ən qabaqçıl təsərrüfatlarından biri olub. 1980-ci ilin əvvəllərində kolxoz ildə 2800–3000 ton üzüm istehsal edib. 1961-ci ildən 1995-ci ilədək, (kolxozlar ləğv edilənədək) 34 il “Sosializm” kolxozunun İdarə Heyətinin sədri, təcrübəli rəhbər Hətəm Allahverdi oğlu Hətəmov olmuşdur. ”Sosializm” kolxozu,qonşuluqdakı erməni əhalidən ibarət olan, Xocəvənd rayonunun (keçmiş DQMV) Çartaz kəndinin “Kommunizm” kolxozu ilə uzun illər rəqabət yarışında olmuşdur və 1980-ci illərdə bir çox iqtisadi göstəricilərinə görə “Kommunizm” kolxozundan da üstün olmuşdur.

Həmçinin bax Yuxarı Veysəllinin işğalı: video 1 video 2.

Xocavənd rayonu Füzuli rayonu Aşağı Veysəlli

Xarici keçidlər Azərbaycan Respublikası Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

Mənbə Orxan Zakiroğlu (Baharlı).Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli. I kitab. Bakı, 2016 Orxan Zakiroğlu (Baharlı). Məhəmmədxan ağa nəslinin tarixi şəxsiyyətləri. Bakı, 2015

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Xocavənd rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:Füzuli rayonunun ləğv olunmuş kəndləri