Dırnaq işarəsi ("") və ya (“ ”) – mətndə vasitəsiz nitqi, sitatları, əsər, qəzet və jurnal adlarını, sözlərin məcazi mənalarını fərqləndirmək üçün işlədilən qoşa durğu işarəsi.
Dırnaqların əsas növləri Dırnaqlar öz görünüşlərinə görə aşağıdakı kimi bir-birindən fərqlənirlər:
Alman dırnaqları („lapka“). „lapka“ İngilis qoşa dırnaqları. “ingilis qoşa” İngilis tək dırnaqları. ‘ingilis tək’ Polşa dırnaqları „Polşa dırnaqları” İsveç tərs dırnaqları »İsveç« Fransız dırnaqları («yolka»). «yolka»
Rusca yazıda istifadə edilən dırnaqlar
Qoşa dırnaqlar Rusca yazıda ənənəvi olaraq fransız «yolka» sından istifadə edilir. Dırnaqlar arasında təkrarən dırnaqdan istifadəyə ehtiyac olduqda və əl yazısında alman „lapka“ sından istifadə edilir.
Azərbaycanca yazıda istifadə edilən dırnaqlar
Hal-hazırda azərbaycanca yazıda əsasən “ingilis qoşa” dırnaq işarələrindən istifadə olunmaqdadır. "Makina qoşa dırnaq işarəsi" da geniş istifadə edilir. Lakin Azərbaycan Respublikası prezidentinin saytında axtarış verilərkən, 8 fevral 2010-cu il tarixindən sonra „lapka“ və «yolka»lardan istifadə olunması qeydə alınmamışdır.
İstinadlar
Kateqoriya:Durğu işarələri