Abbas Fərhad oğlu Ağalarov () — Azərbaycan boksunun banilərindən biri, SSRİ-nin əməkdar məşqçisi, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim.

1936-cı ildə Abbas Ağalarov ilk dəfə boks üzrə azərbaycanlı idman ustası dərəcəsini almışdır. 1937-ci ildə SSRİ Çempionatlığında final pilləyə yüksəlmişdir, "Dİnamo" Bakı cəmiyyətinin üzvü idi. Etdiyi mükəmməl çıxışdan sonra "Buravestnik" (Буревестник) və "Dinamo"-nun baş məşqçisi təyin olunur. Onun yetirmələrindən Azərbaycan boksuna öz töhvələrini vermiş, dünya ve avropa çempionları yetişdirmiş Rauf Cabbarov uzun müddət Boks üzrə Azərbaycan yığma komandasının baş məşqçisi olmuşdur.

Abbas Ağalarov Rus ordusunun general-leytenantı Həsən bəy Ağalarovun nəslindən idi. O, həm də Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda boks kafedrasına rəhbərlik edirdi.

Məşhur idmançı, məşqçi və pedaqoq Abbas Ağalarov 1967-ci ildə 56 yaşında dünyasını dəyişdi.

Həyatı

Fəaliyyəti

İstinadlar

Kateqoriya:SSRİ boksçuları Kateqoriya:Ağalarovlar Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:SSRİ əməkdar məşqçiləri Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları