Afrikaans və ya Bur dili — German dillərindən biridir. CAR-ın rəsmi dövlət dillərindən biridir. Əsasən Transvaal əyalətində yayılmışdır. Afrikaans dili XVII əsrdə Niderland dilinin dialektlərinin, qohum dillərin (alman və ingilis) qarışması və inteqrasiyası nəticəsində yaranmışdır. Fonetik sistemi Niderland dilinin fonetik sisteminə yaxındır. Saitlərin müəyyən fonetik mövqedə burunlaşması və söz əvvəlində cingiltili novlu samitlərin karlaşması səciyyəvi xüsusiyyətlərindəndir. 300px|thumbnail|right|Dilin danışıldığı yerlər 2022-ci ilin may ayında Afrikaans Cənubi Afrikanın yerli dili kimi tanındı.
Kateqoriya:CAR dilləri Kateqoriya:Namibiya dilləri