Nəzərabad — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəzərabad kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Didivar kəndi mərkəz olmaqla, Didivar kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Kəndin keçmiş adı Dəmirzindan (oradakı dəmir körpünün adı) olmuşdur. Yaşayış məntəqəsi vaxtı ilə Dərələyəz mahalından köçməyə məcbur olmuş ailələrin Dəmirzindan adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrə aid məlumata görə Naxçıvan əyalətində suvarma məqsədilə istifadə edilən su ayrı-ayrı qolçomaqlara məxsus olduğu halda tək-tək hallarda bütün icmaya məxsus idi. Belə icmalardan biri də Nehrəm icması olmuşdur. Tədqiqatçılara görə oykonim ərəb dilindəki nəhr (çay, kanal, axar su) və am/əm icma komponentlərindən düzəlib. İcmaya məxsus su mənasındadır. Oykonim "Nəzərə məxsus kənd"mənasındadır.
Tarixi
Tarixi abidələri Nəzərabad kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1873Meydantəpə yaşayış yeriE.ə. I minillikNəzərabad kəndiArxeolojiÖlkə1874Nəzərabad nekropoluXIV-XVII əsrlərNəzərabad kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Cəhriçayın sahilində, dağətəyi düzənlikdə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199910085065022009↗1133↗562↗571
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcuddur
Din Kənddə dini ibadət yeri və ya dini icma vardır
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Nəzərabad (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri