Qaraçuq (əvvəlki adı: Cavidabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cavidabad kənd inzibati-ərazi vahidi tərkibindəki Cavidabad kəndi Qaracuq kəndi, Cavidabad kənd inzibati-ərazi vahidi Qaracuq kənd inzibati-ərazi vahidi adlandırılmışdır. 9 iyun 2009-cu il tarixli 829-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qaraçuq kəndi Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir.

Toponimikası Arazboyu düzənlikdədir. 1963-1964-cü illərdə burada Araz çayı üzərində su qovşağı tikilərkən Babək rayonunun Qaraçuq və Bulqan kəndləri öz əvvəlki yerlərindən o vaxta qədər əkin sahələri olan indiki əraziyə köçürülmüş və qəsəbə tipli kənd salınmışdır. Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin şərəfinə kəndə Cavidabad adı verilmişdir.

Azərbaycanın dağ və dağətəyi rayonlarında əhali tərəfindən "Qaraçuxa", "Qaraçuxababa" ifadələri işlədilir. Qaraçuxa heyvanların, xüsusilə ev heyvanlarının pənahı kimi səciyyələndirilir və ona dini rəng verilir. Qaraçuxa "Kitabi-Dədə Qorqud"da adı çəkilən Qaraçuq çobanın prototipidir. Qaraçay hövzəsində eyniadlı (Qaraçuxa) dağı vardır.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh.

Tarixi

Tarixi abidələri Qaraçuq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1856Muncuqtəpə yaşayış yeri XII-XVII əsrlərQaraçuq kəndi(suyun altında)ArxeolojiÖlkə1857Xarabaşəhər yaşayış yeri XII-XVI əsrlərQaraçuq kəndi(suyun altında)ArxeolojiÖlkə1858I Qaraçuq nekropolu X-XIX əsrlərQaraçuq kəndi(suyun altında)ArxeolojiÖlkə1859II Qaraçuq nekropolu E.ə. III minilliyin sonu-II minilliyin əvvəliQaraçuq kəndiArxeolojiÖlkə

Əhalisi Əhalisi 2904 nəfərdir. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Görkəmli şəxsiyyətləri Həsən Qasımov

Din Kənddə 1989-cu ildə inşa edilmiş Qaracuq kənd İmam Rza məscidi yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Naxçıvanın kəndləri