Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun Muğan Gəncəli kənd inzibati ərazi dairəsində kənd.
Muğan Gəncəli kəndi Kür çayı sahilində yerləşir. Kənd bir növ yarımadanı xatırladır. Üç tərəfindən Kür çayı ilə əhatə olunub. Bu hissə yerlilər tərəfindən Bucaq adlanır. Qalan hissə isə Bülbülə adlanır. Çayın kəndi əhatə etməsi qədimdə insanların burada yerləşmə səbəblərindən biri kimi qiymətləndirilir. Qədim qəbiristanlığı var. Məzarlığın orta hissəsində Məşhur Seyid Mirağababanın məzar–ziyarətgahı yerləşir. Kəndin yaranma tarixi XV–XVI əsrlərə aid edilir.
Qonşu kəndlər: Salmanlı, Çiçəkli, Cəngən.
Coğrafiyası və iqlimi Kənd Kür çayı yaxınlığında yerləşir. Kəndin qədim yeri "Bücağ" adlanır (üç tərəfdən çayla əhatə olunduğu üçün). Bir az yeni salınan hissəsi "Bülbülə" adlanır. Çaydaşqınları zamanı Bucağdakı evlər və torpaqlar əkin sahələri tez–tez su altında qalır. Yayı isti, qışı mülayim–soyuq keçir. Ərazisi düzənlikdir və dəniz səviyyəsindən 19 metr aşağıdadır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda 1,8 °C, iyulda 36,5 C-dir. İllik yağıntı təqribən 300 mm-dir. Əsas çayı Kürdür. Əsasən, boz–çəmən torpaqları yayılmışdır. Yarım–səhra bitkiləri üstünlük təşkil edir. Kür çayı sahilində tuqay meşələri mövcuddur. Muğangəncəli pambıqçılıq, taxılçılıq, heyvandarlıq və bostançılıq kəndidir.
Əhalisi Əhalisi XVIII əsrdə Gəncədən köçənlərdən ibarətdir. Cənubi Azərbaycanlı mənşəlilər də var. İndi yerli əhali sayılır. Özlərinə məxsus şirin ləhçələri var. Qədim, zəhmətkeş qonaqpərvər zarafatçıl camaatı var.
İqtisadiyyatı 300px|thumbnail Əsasən maldarlıq və balıqçılıqla məşğul olan yerli əhali, kənd təsərüffatı və əkinçiliklə də məşğul olur. 1996-cı ilə kimi pambıqçılıqla məşğul idilərsə, son 20 ildə yonca qarpız, yemiş, taxıl əkirlər. Kəndin əsas problemi yol idi, 2018-ci ildə yol yeniləndi. Elektrik dirəyləri və şəbəkəsi 1954-cü ildən çəkiləndir, əksəriyyəti sıradan çıxıb. Qaz 2016-cı ildən verilir.
Milli Qəhrəman şəhid Murad Mirzəyev Telman oğlu bu kənddə doğulub.
Şəhidləri Şəkil Soyad. Ad. Ata adı Doğum tarixi Ölüm tarixi Vəfat yeri 90x90pxAzərbaycanın Milli QəhrəmanıMirzəyev Murad Telman oğlu31 mart 19762 aprel 2016Talış,Tərtər rayonu,Azərbaycan Nağıyev Şaiq Zülfüqar oğlu5 may 1975 27 iyun 1997QazaxAzərbaycan Həsənov Vüqar Telman oğlu (itkin)21 aprel 1973 6 iyun 1993FüzuliAzərbaycan Səfərov Təvəkkül İlyas oğlu14 iyul 1956 3 sentyabr 1992FüzuliAzərbaycan
İstinadlar
Kateqoriya:Sabirabad rayonunun kəndləri