Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun Əliləmbəyli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti Şərq-Qərb. Bakı,2007

Həmçinin bax

İstinadlar

Kateqoriya:Sabirabad rayonunun kəndləri